Apple şirkəti Avropa İttifaqında ilk dəfə olaraq musiqi axını xidmətlərinə girişlə bağlı qanunları pozduğuna görə cərimələnə bilər.
Financial Times-ın yazdığına görə, pozuntu ondan ibarətdir ki, Apple musiqi xidmətlərinin istifadəçilərə App Store mağazasından kənar abunə haqqını ödəməyə imkan verən alternativ ödəniş üsullarının reklamını qadağan edir. Buna görə Amerika İT korporasiyasını 500 milyon avro cərimə gözləyir.
Belə ki, Spotify musiqi xidmətinin Apple-ın hərəkətlərindən şikayət etməsindən sonra araşdırma başlayıb. Qeyd olunub ki, Təxminən 500 milyon avro təşkil edəcək və gələn ayın əvvəlində elan oluna biləcək cərimə Apple-ın öz xidmətlərini rəqiblərinkindən üstün tutmaq üçün öz platformasından istifadə edib-etməməsi ilə bağlı Avropa Komissiyasının antiinhisar araşdırmasının kulminasiya nöqtəsidir.
Avropa Komissiyası Apple-ın hərəkətlərini qanunsuz və rəqabət qaydalarına zidd kimi tanımaq niyyətindədir.
Xüsusilə, Financial Times-ın yazdığına görə, Brüssel İT nəhəngini bazardakı dominant mövqeyindən sui-istifadə etməkdə və rəqabətə zidd təcrübələr tətbiq etməkdə ittiham edəcək.