spot_img
2 мая, 2024
ДомойТехнологииСмартфоныiPhone bütün premium Android smartfonlarından 2 dəfə yaxşı satılır

iPhone bütün premium Android smartfonlarından 2 dəfə yaxşı satılır

Counterpoint Research analitik şirkəti 2023-cü ilin sonunda premium smartfon bazarının dinamikasını qiymətləndirib və elektronika istehsalçıları arasında bu seqmentin liderlərinin adını açıqlayıb. Məlum olub ki, “Apple” satış baxımından ən yaxın rəqibini 4 dəfə üstələyib.

Counterpoint Research şirkəti qiyməti 600 dollardan çox olan smartfonları premium hesab edir. 2023-cü ildə belə modellərin bazarda payı 6%, 2016-cı illə müqayisədə isə 24% artıb. Bu seqment Yaxın Şərq və Latın Amerikası, eləcə də Hindistan, Qərbi Avropa və Çinin inkişaf etməkdə olan bazarlarına genişlənir. Bundan əlavə, analitiklər Latın Amerikası, Çin və Hindistanda premium və ultra premium modellər (qiyməti 1000 dollardan yuxarı) üçün yeni rekord satışlar gözləyirlər.

Seqment lideri 71% payla Apple olub. O, 17%-lə Samsung-u dörd dəfə geridə qoyur. Üçüncü yerdə 5% payla HUAWEI qərarlaşıb. Amma diqqətəlayiq haldır ki, şirkət bir il ərzində satışlarını demək olar ki, iki dəfə artıraraq bazar payını 3%-dən 5%-ə çatdırıb. Xiaomi və OPPO müvafiq olaraq 2% və 1% ilə dördüncü və beşinci yerləri tuturlar.

Analitiklər həmçinin qeyd ediblər ki, Premium smartfon bazarı Hindistanda sürətli böyüyür və bu cür modellərin ümumi satışları tezliklə bütövlükdə smartfon bazarını üstələyə bilər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -