spot_img
2 мая, 2024
ДомойТехнологииМониторыApple şirkəti “dəhşət sürətli” kompüterlərin təqdimat tarixini açıqladı

Apple şirkəti “dəhşət sürətli” kompüterlərin təqdimat tarixini açıqladı

Apple jurnalistlərə «Scarly Fast» adlı onlayn tədbirə dəvət göndərib. Şirkət təqdimatda konkret olaraq nəyi göstərəcəyini açıqlamasa da, rəsmi saytında maraqlı ipucu buraxıb.

Apple Events veb səhifəsində Apple loqotipinin cizgi versiyası peyda oldu və bu, macOS-da fayl meneceri Finder-in «qorxunc sifətinə” çevrildi. Bundan əlavə, şirkət oktyabr və noyabr aylarında yeni Mac kompüterlərini elan etmək üçün keçmişdə tədbirlər keçirib. Eyni zamanda yeni M3 prosessorunun da təqdim ediləcəyi gözlənilir.

Şayiələrə görə, təqdimat proqramına M2 prosessorlu 24 düymlük iMac (və ya Bloomberg analitiki Mark Qurmanın təklif etdiyi kimi M3), həmçinin 13, 14 və 16 diaqonallı ekranlı MacBook Pro-nun bir neçə təzə M3 modifikasiyası daxil ola bilər.

Təqdimat oktyabrın 31-də Bakı vaxtı ilə saat 4:00-da baş tutacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -