Bu yaxınlarda Realme şirkətinin vitse-prezidenti maraqlı məlumatları paylaşdı.
Onun sözlərinə görə, Realme GT Neo5 SE JD.com saytında Çində ən populyar Android smartfonu kimi tanınır. Müvafiq reytinqdə cihaz, iPhone 13 və iPhone 14 Pro Max-dan sonra ikinci yerdədir, eyni zamanda isə iPhone 14 Pro-dan üstündür. Bu, Realme yeniliyinin hit statusunun daha bir təsdiqidir.
Xatırladaq ki, Realme GT Neo5 SE Redmi Note 12 Turbo-dan sonra Snapdragon 7 Gen 2 tək çipli platformaya əsaslanan dünyada ikinci model oldu. Realme yeniliyi 1,5K təsvir ölçülü və 144 Hz yeniləməyə malik 6,74 düymlük OLED ekran, OIS-li 64 meqapiksellik kamera və 100 vatt-lıq şarj dəstəyi ilə 5500 mAh batareya əldə edib.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az