spot_img
25 ноября, 2024
ДомойТехнологииСмартфоныRealme GT Neo5 SE smartfonu Çində iPhone 14 Pro-dan populyar oldu

Realme GT Neo5 SE smartfonu Çində iPhone 14 Pro-dan populyar oldu

Bu yaxınlarda Realme şirkətinin vitse-prezidenti maraqlı məlumatları paylaşdı.

Onun sözlərinə görə, Realme GT Neo5 SE JD.com saytında Çində ən populyar Android smartfonu kimi tanınır. Müvafiq reytinqdə cihaz, iPhone 13 və iPhone 14 Pro Max-dan sonra ikinci yerdədir, eyni zamanda isə iPhone 14 Pro-dan üstündür. Bu, Realme yeniliyinin hit statusunun daha bir təsdiqidir.

Xatırladaq ki, Realme GT Neo5 SE Redmi Note 12 Turbo-dan sonra Snapdragon 7 Gen 2 tək çipli platformaya əsaslanan dünyada ikinci model oldu. Realme yeniliyi 1,5K təsvir ölçülü və 144 Hz yeniləməyə malik 6,74 düymlük OLED ekran, OIS-li 64 meqapiksellik kamera və 100 vatt-lıq şarj dəstəyi ilə 5500 mAh batareya əldə edib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -