AnTuTu bençmark saytı mart ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib.
Reytinqdə 10 smartfondan 9-u Qualcomm-un Snapdragon 8 Gen 2 prosessorunda işləyir. 1 smartfon isə MediaTek şirkətinin prosessoru ilə təchiz edilib və o, reytinqin ilk beşliyinə daxil olub. Beləliklə, AnTuTu-nun mart ayı üzrə ən güclü flaqman Android smartfonları reytinqinin birinci pilləsində OPPO Find X6 Pro smartfonu qərarlaşıb. İkinci yerini Nubia Red Magic 8 Pro+, üçüncü yerini isə OnePlus 11 tutub. Digər smartfonlar reytinqdə bu ardıcıllıqla yer alıblar:
- Vivo X90 Pro+
- OPPO Find X6 (MediaTek Dimensity 9200)
- iQOO 11 Pro
- iQOO 11
- Redmi K60 Pro
- Nubia Z50 Ultra
- Xiaomi 13.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az