Bir sıra insayderlər bildirirlər ki, artıq 2023-cü ilin əvvəlində yeni sərfəli iPhone-un — iPhone SE 4-ün təqdimatı baş tutacaq. Bu da məntiqlidir, çünki hazırkı modelin təqdimatından bir il keçir.
Uzun müddətdir ki, cihaz iPhone XR-in dizaynı ilə müqayisə edilir . Hətta İnternetdə cihazın görünüşünü göstərən yüksək keyfiyyətli renderlər də peyda olub.
İndi Çin mənbələri iPhone SE 4-ün qiymətini açıqlamaq qərarına gəliblər.Onların fikrincə, smartfonun qiyməti təxminən 489 dollar olacaq. Nəzərə alsaq ki, yenilik iPhone 14-ün imkanlarına malik OLED displey ilə təchiz ediləcək, bu, cihaz üçün çox ucuz qiymətdir.
Xatırladaq ki, insayderlərin fikrincə, 2023-cü ildə bizi hələ iPhone 15 Ultra-nın təqdimatı gözləyir — şirkətin tarixində ən yüksək səviyyəli və ən bahalı Apple smartfonu.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az