spot_img
24 апреля, 2024
ДомойТехнологииНоутбукиXiaomi yeni Book Air 13 noutbukunu təqdim edəcək: bütün texniki xüsusiyyətlər

Xiaomi yeni Book Air 13 noutbukunu təqdim edəcək: bütün texniki xüsusiyyətlər

Xiaomi qarşıdan gələn təqdimatda Redmi Note 12 smartfonları ilə birlikdə noutbuk da təqdim edəcək. O, Xiaomi Book Air adlanacaq.

Cihaz 2880×1800 piksel təsvir ölçülü 13,3 düymlük OLED displey və 60 Hz ekran yeniləmə tezliyi əldə edəcək. Hardware platform modifikasiyadan asılı olaraq 12-ci nəsil Intel Core i5 və Core i7 çiplərinə əsaslanır. Operativ yaddaşın həcmi 16 GB, SSD isə 512 GB olacaq.

Digər xüsusiyyətlər arasında: barmaq izi skaneri, veb-kamera, Wi-Fi 6E, Bluetooth 5.2 və s. daxildir. Cihazın çəkisi 1,2 kq, qalınlığı isə 12 mm-dir.

Noutbukun qiyməti hələlik məlum deyil. Ola bilsin ki, bu məlumat bu gün təqdimatda açıqlansın.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -