SamMobile portalı öz mənbələrinə istinadən Samsung-un One UI 5.0 ilə birlikdə cihazları Android 13-ə yeniləmək planlarını paylaşıb. Belə ki, ilin sonuna qədər 10 flaqman qurğu və bir orta səviyyəli modelin sahibləri ən son ƏS-ni əldə edəcəklər.
Mövcud məlumatlara əsasən, bu ilin sonuna qədər aşağıdakı Samsung cihazları Android 13-ə yenilənəcək:
- Galaxy S22
- Galaxy S22+
- Galaxy S22 Ultra
- Galaxy S21
- Galaxy S21+
- Galaxy S21 Ultra
- Galaxy Z Fold4
- Galaxy Z Flip4
- Galaxy Z Fold3
- Galaxy Z Flip3
- Galaxy A53
Hal-hazırda, One UI 5.0 istifadəçi interfeysi ilə Android 13 əsasında proqram təminatı artıq sınaqdan keçirilir, lakin Samsung stabil versiyanın təqdimat tarixini açıqlamayıb. Qeyd edək ki, bu ildən başlayaraq Cənubi Koreya şirkəti flaqmanları və orta səviyyəli cihazları üçün dörd əsas yeniləməni buraxmağı vəd edib. Ötən ilki flaqmanlar da bu qərarın altına düşür.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az