Daxilində ən yeni Qualcomm Snapdragon 855 prosessoru olan ilk smartfon OnePlus şirkətinin növbəti flaqmanı olacaq. Bu barədə Qualcomm Tech Summit 2018 tədbiri çərçivəsində şirkət başçısı Pit Lau qeyd edib.
Bundan başqa qeyd edilib ki, OnePlus 7 Snapdragon 855 ilə yanaşı 5G şəbəkəni də dəstəkləyəcək. Bu, Snapdragon 855 çipi sayəsində mümkün olacaq. Xatırladaq ki, yeni prosessor Snapdragon 845 ilə müqayisədə 45% daha sürətlidir. Prosessor tezliyi 2.84 Ghz təşkil edəcək. Bundan başqa, 3 nüvə 2.42 Ghz tezlikdə, 4 nüvə isə 1.8 Ghz. tezlikdə smartfona ən yüksək performansı təmin edəcək.