Mclaren Edition smartfonunu təqdim edib. Cihaza 10 GB RAM əməliyyat yaddaşı quraşdırılıb. Ümumilikdə smartfonun göstəriciləri bunlardır: 256 GB daxili yaddaş, Warp Charge 30 sürətli enerji yığma texnologiyası (20 dəqiqə enerji yığılaraq bir gün istifadə təmin edilir). Çox güman ki, bu texnologiya Oppo Find X smartfonunun xüsusi versiyasında istifadə edilən ilə analojidir.
Qualcomm Snapdragon 845 prosessoru, 3700 mAh-lik batareya, ekran altında barmaq izi skaneri, əsas qoşa kamera (16+20 mp) və 16 mp ön kamera — digər göstəricilərdir. Mənfi xüsusiyyətlərdən 3.5 mm yuvanın olmamasıdır ki, bu da subyektiv fikirdir.
McLaren Edition-un özəlliklərindən biri də dizaynda narıncı elementlərdən istidadə olunmasıdır. Korpus «Papaya Orange» dizaynlı karbondan düzəldilib. Smartfon 13 dekabr tarixindən etibarən 699 dollara satışa çıxarılacaq.