spot_img
25 ноября, 2024
ДомойSoftwareОперационные системыAndroid O ilə çalışan smartfonlar yaddaş çatışmazlığı olsa belə yenilənəcəklər

Android O ilə çalışan smartfonlar yaddaş çatışmazlığı olsa belə yenilənəcəklər

Daxili yaddaş çatışmazlığı əməliyyat sistemi yeniləməsi üçün artıq maneə olmayacaq. Ars Technica bildirir ki, Google xüsusi alqoritm tərtib edib, hansı ki, istənilən update-i yaddaşın həcmindən asılı olmayaraq yükləyəcək. Yeni alqoritm smartfonu yeniləmə əsnasında istifadə etməyə də imkan yaradacaq. Google rəsmisi qeyd edir ki, istifadəçələrə yeniləməni yükləmək üçün çox hallarda müvafiq yaddaş həcmi kifayət etmir.

«Buna görə də biz «hava ilə yeniləmə» prinsipini dəyişdik. Artəq yeni əməliyyat sisteminə keçid üçün cəmi 100 kilobayt kifayət edəcək», — deyə Google rəsmisi qeyd edib. Xatırladaq ki, yeni alqoritm yalnız Android O əməliyyat sisteminin kodu üçün yazılacaq və yalnız Android O ilə çalışan smartfonlar yeni funksiyanı dəstəkləyəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -