2014-cü ildə Google Titan Aerospace-ı almağa qərar verdi, hansı ki, günəş batareyaları ilə çalışan dronlar istehsal edirdi. Lakin, iqtisadi və hava şəraiti problemlərinə görə bu layihəyə son verildi. Bir çox hallarda dronlar qəzaya uğrayırdı.
Bunun əvəzinə, Google şirkəti internetin bütün dünyaya paylanması üçün hava şarları texnologiyasına üz tutub. Titan layihəsinin 50-yə yaxın mühəndisi məhz bu layihəyə yönləndirilib.