Las-Veqasda keçirilən sərgidə Razer şirkəti iştirakçıları təəccübləndirə bilib — üç displeydən (4K!) ibarət noutbuk. Artıq xarici monitorlara ehtiyac yoxdur, dipsleylər müstəqil olaraq ön paneldən hərəkət edərək 180 dərəcəlik görüntü imkanını yaradırlar.
Hər üç displey 17.3 düymlük ölçüyə və 4K çözümlülüyə malikdir. Noutbukun daxilində NVIDIA GeForce GTX 1080 qrafik cihazı mövcuddur. Noutbukun qalınlığı 38.1 mm, çəkisi isə 5.44 kq təşkil edir.