Samsung növbəti Galaxy Unpacked təqdimatının keçiriləcəyi tarixi rəsmi şəkildə elan edib. Şirkətin yeni nəsil qatlana bilən smartfonları və digər cihazları 22 iyul 2026-cı il tarixində Londonda təqdim olunacaq.
Paylaşılan video-tizerdə “A new shape unfolds” şüarı yer alır ki, bu da yeni qatlana bilən smartfonların təqdimatına işarə edir. Bundan əlavə, Samsung artıq yeni cihazlar üçün əvvəlcədən rezervasiya imkanını açıb. Rezervasiya edən istifadəçilərə 30 dollar bonus və 1230 dollara qədər endirim vəd edilir.
Təqdimatda aşağıdakı yeniliklərin debüt edəcəyi gözlənilir:
- Galaxy Z Fold8
- Galaxy Z Fold8 Ultra
- Galaxy Z Flip8
- Galaxy Watch 9
- Galaxy Watch Ultra 2
Bununla yanaşı, Samsung-un yeni Galaxy Buds simsiz qulaqlıqlarını və Galaxy Glasses adlı ağıllı eynəklərini də nümayiş etdirə biləcəyi bildirilir.
Təqdimatı Samsung-un rəsmi YouTube kanalı vasitəsilə canlı izləmək mümkün olacaq.








