ДомойAI / MLMeta Muse Image-ı təqdim etdi: yeni AI modeli Instagram və WhatsApp-a gəlir

Meta Muse Image-ı təqdim etdi: yeni AI modeli Instagram və WhatsApp-a gəlir

Meta yeni nəsil süni intellekt modeli Muse Image-ı rəsmi olaraq təqdim edib. Bu, şirkətin ötən il yaradılan Superintelligence Labs bölməsi tərəfindən hazırlanan ilk iri həcmli təsvir generasiya modelidir. Yeni AI artıq Meta AI, Instagram və WhatsApp tətbiqlərində ödənişsiz istifadəyə verilib, yaxın zamanda isə Facebook və Messenger platformalarına da əlavə olunacaq.

Model digər AI təsvir generatorları kimi mətn təsvirləri əsasında şəkillər yaradır. İstifadəçilər hazır şablonlardan (presets) da yararlana bilərlər ki, bu da yeni ideyalar tapmağa kömək edir.

Muse Image Meta-nın yeni Muse ailəsinə daxildir və əvvəlki Llama modellərini əvəz edəcək. Şirkətin Superintelligence Labs bölməsinin rəhbəri Aleksandr Vanqın sözlərinə görə, model agent əsaslı imkanlara malikdir. O, Muse Spark adlı böyük dil modeli ilə birlikdə istifadəçinin sorğusunu analiz edir, lazım gəldikdə internetdə məlumat axtarır və yalnız bundan sonra şəkil yaratmağa başlayır.

Muse Image-ın ən diqqətçəkən xüsusiyyətlərindən biri Instagram hesabları ilə inteqrasiyadır. İstifadəçilər sorğularında digər insanların açıq (public) profillərini qeyd edərək həmin səhifələrdəki fotolardan AI vasitəsilə yeni təsvirlər yarada biləcəklər. Bununla yanaşı, Meta istifadəçilərin öz məzmunlarının AI tərəfindən necə istifadə olunacağını ayarlar vasitəsilə idarə edə biləcəyini bildirir.

Yeni model şəkillərin AI ilə redaktəsini, dəvət kartları və açıqcaların hazırlanmasını, eləcə də Facebook Marketplace platformasında yerləşdirilən daşınmaz əmlak obyektlərinin dizaynının vizuallaşdırılmasını da dəstəkləyir. Bununla yanaşı, Alət reklam vizuallarının hazırlanmasına, interyer dizaynı ideyalarının sınaqdan keçirilməsinə və şəkillərin AI vasitəsilə redaktəsinə imkan verir. Məsələn, istifadəçi özünü tarixi məkanın qarşısında təsvir edə, fotodan arzuolunmaz obyektləri silə və ya hətta işlək QR kodu yarada bilər.

Bundan əlavə, Muse Image ABŞ-da Instagram Stories üçün təqdim olunan 30 yeni AI effektinin əsasını təşkil edəcək. Şirkət gələcəkdə bu funksiyaların digər ölkələrdə və Meta ekosisteminin müxtəlif tətbiqlərində də istifadəyə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Meta artıq Muse Video adlı yeni AI video generatorunun da hazırlandığını təsdiqləyib. Şirkət bildirir ki, bu model sorğulara uyğunluq, vizual keyfiyyət və kadrlar arasında ardıcıllıq baxımından bazarın ən güclü həlləri ilə rəqabət aparacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,751ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -