spot_img
22 мая, 2026
ДомойТелекомСобытияSİMA həlləri WUF13-də təqdim edildi

SİMA həlləri WUF13-də təqdim edildi

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin nümayəndələri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF 13) çıxış ediblər.

AZCON Holding-in stendində təşkil olunan infosessiyalar çərçivəsində şirkət əməkdaşları rəqəmsal identifikasiya və ağıllı şəhər texnologiyalarına həsr olunmuş iki fərqli təqdimat nümayiş etdiriblər.

Forumun ikinci günündə keçirilən “Şəhər mühitində rəqəmsal identifikasiya: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı qoşulması” mövzusunda infosessiyada müasir urbanizasiya şəraitində rəqəmsal həllərin yaratdığı imkanlardan bəhs olunub. Təqdimat zamanı vətəndaşların dövlət və özəl xidmətlərdən fiziki müraciət etmədən, tamamilə onlayn və təhlükəsiz şəkildə istifadə imkanlarının əhəmiyyəti vurğulanıb. Forumun beşinci günündə isə “Ağıllı şəhərlər üçün rəqəmsal etimad: SİMA İmza ilə təhlükəsiz şəhər xidmətlərinin təmin edilməsi” mövzusunda növbəti infosessiya baş tutub. Sessiyada ağıllı şəhər konsepsiyasının yalnız texnoloji infrastruktur və internetə bağlı cihazlarla məhdudlaşmadığı, ekosistemdə rəqəmsal etimadın vacibliyi vurğulanıb.

Hər iki infosessiya zamanı “AzInTelecom” tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının ağıllı şəhər ekosistemində və rəqəmsal identifikasiya sahəsində oynadığı rol müzakirə olunub. Təqdimatlarda SİMA vasitəsilə təhlükəsiz identifikasiya, məsafədən xidmətlərə çıxış və rəqəmsal imza imkanlarının şəhər xidmətlərinin daha əlçatan və etibarlı şəkildə təqdim edilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,770ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -