TP Vision (Philips televizorlarının istehsalçısı) rəsmi olaraq açıqlayıb ki, gələcək modellərdə Google TV platformasından imtina edəcək. 2026-cı il televizorları artıq Titan OS ilə işləyəcək.
Şirkətin sözlərinə görə, Titan OS bir neçə mühüm üstünlük təqdim edir:
- daha az sistem resursu tələb edir
- interfeys və funksiyalar üzərində daha çox nəzarət imkanı yaradır
- əlavə gəlir mənbələri (xüsusilə reklam) açır
Qeyd edək ki, TP Vision artıq əvvəllər də Titan OS istifadə edib, lakin bu il ilk dəfə olaraq sistem flqman OLED modellərə də tətbiq olunacaq.
Google TV-dən imtina bəzi funksiyalara da təsir edəcək: Google Cast dəstəyi olmayacaq, Apple AirPlay və HomeKit isə qalacaq, üstəlik Android istifadəçiləri üçün alternativ tətbiqlər lazım olacaq.
Eyni zamanda tətbiq mağazası bir qədər məhdudlaşacaq, lakin əsas platformalar yenə də mövcud olacaq: YouTube, Netflix, Prime Video, Disney+, HBO Max və digərləri.
Oyun sevərlər isə bulud oyun xidmətləri kimi Blacknut və Boosteroid platformalarından istifadə edə biləcək.
Qeyd edək ki, Philips bu addımı atan yeganə brend deyil. Məsələn: Samsung televizorlarında Tizen OS istifadə edir, LG isə webOS platformasına üstünlük verir.






