spot_img
18 февраля, 2026
spot_img
ДомойТехнологииГаджетыGoogle iOS-dan rahat klaviatura funksiyasını kopyaladı

Google iOS-dan rahat klaviatura funksiyasını kopyaladı

Google istifadəçilərin mətn redaktəsini xeyli asanlaşdıra biləcək yeni funksiyanı test etməyə başlayıb. Android Authority əməkdaşları Gboard klaviaturasının beta versiyasının kodunda maraqlı yenilik aşkar ediblər — klaviaturanı virtual trackpad-ə çevirən tamhüquqlu kursor rejimi.

Hazırda Gboard-da kursoru boşluq (space) düyməsi üzərində sürüşdürərək idarə etmək mümkündür, lakin bu funksiya yalnız sağa və sola hərəkətlə məhdudlaşır. Sətirlər arasında keçid etmək üçün isə əlavə jestlər etmək lazım gəlir ki, bu da xüsusilə uzun mətnlərlə işləyərkən narahatlıq yaradır.

Yeni rejim bu problemi aradan qaldırır. İstifadəçi sadəcə boşluq düyməsini basılı saxlayır və klaviatura müvəqqəti olaraq sensor panelə çevrilir. Bundan sonra kursoru mətn boyunca sərbəst şəkildə — yuxarı, aşağı, sağ və sola hərəkət etdirmək mümkün olacaq.

Maraqlısı isə odur ki, bu funksiya iPhone klaviaturasındakı analoji rejimi demək olar ki, tam təkrarlayır. Sözügedən imkan ilk dəfə 2018-ci ildə iOS 12 ilə təqdim edilmişdi və aktivasiya üsulu da eynidir — boşluq düyməsini uzun basmaq kifayətdir.

Yeni kursor rejimi xüsusilə böyük həcmli mətnləri redaktə edənlər, böyük ekranlı smartfonlardan və qatlanan modellərdən istifadə edənlər üçün faydalı olacaq. Hazırda funksiya test mərhələsindədir, rəsmi təqdimat tarixi isə hələ açıqlanmayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,818ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -