spot_img
18 ноября, 2025
spot_img
ДомойТехнологииСмартфоныHUAWEI Mate 80-in dizaynı və təqdimat tarixi rəsmi olaraq açıqlanıb

HUAWEI Mate 80-in dizaynı və təqdimat tarixi rəsmi olaraq açıqlanıb

HUAWEI Mate 80 smartfon seriyasının təqdimat tarixini açıqlayıb və yeni modelləri promo-şəkillərdə nümayiş etdirib. Şirkət tezliklə dörd modeli bir yerdə təqdim edəcək: Mate 80, Mate 80 Pro, Mate 80 Pro MaxMate 80 RS Ultimate Design.

Flaqman xəttinin premyerası 25 noyabrda baş tutacaq. Teaser görüntülərinə əsasən Mate 80, Mate 80 Pro və Mate 80 Pro Max modelləri bir-birinə çox bənzəyəcək. Onlar nazik korpus, düz çərçivə və arxa paneldə iki halqalı tanış dizaynla təchiz olunacaqlar. Halqalardan biri kamera blokudur, digəri isə ehtimal ki, maqnitli şarj mexanizmi üçündür.

Kamera modulu belə olacaq: Mate 80 və Mate 80 Pro — üç sensorlu, Mate 80 Pro Max — dörd sensorlu.

Seriyanın xüsusi modeli — Mate 80 RS Ultimate Design — digər smartfonlardan fərqli görünüşə malikdir. Bu model səkkizguşəli kamera bloku ilə seçilir və rəng palitrasında eksklüziv bənövşəyi çalar yer alır.

Yaddaş konfiqurasiyaları belədir:

  • HUAWEI Mate 80 — 12/256 GB, 12/512 GB və 16/512 GB

  • Mate 80 Pro — əlavə olaraq 16 GB/1 TB versiyası

  • Mate 80 Pro Max — 16/512 GB və 16 GB/1 TB

  • Mate 80 RS Ultimate Design — 20/512 GB və 20 GB/1 TB

Smartfonların qiymətləri hələ ki, açıqlanmayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,851ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -