Apple şirkəti iPhone 11 Pro Max smartfonunu və Apple Watch Series 3 ağıllı saatlarını “vintaj cihazlar” siyahısına daxil edib. Bu status istifadəçilər üçün cihazların təmiri və texniki xidmətinin bir qədər çətinləşməsi deməkdir, lakin hələ ki, bu xidmət tamamilə dayandırılmayıb.
iPhone 11 Pro Max 2019-cu ildə təqdim olunmuşdu və satışa çıxarıldığı zaman iOS 13 əməliyyat sistemi ilə işləyirdi. Maraqlıdır ki, bu siyahıya nə standart iPhone 11 Pro, nə də əsas iPhone 11 modeli hələlik daxil edilməyib. Bunun səbəbi “vintaj” statusunun yalnız cihazın satışdan çıxarılmasından beş il sonra verilməsidir.
iPhone 11 Pro Max 2020-ci ildə mağazalardan yoxa çıxıb – Apple Watch Series 3 ilə eyni vaxtda. Apple bu kimi “vintaj” cihazları yalnız ehtiyat hissələri mövcud olduqda təmir edir və xidmət göstərir. Buna görə də bu cür cihazların rəsmi servis mərkəzlərində prioriteti aşağı olur. Qeyd edək ki, Apple Watch Series 4 saatları Series 3-dən daha tez “vintaj” statusu almışdı, çünki onların satışdan çıxma tarixi daha erkən idi.
Son mərhələ isə cihazların “köhnəlmiş” (obsolete) statusu qazanmasıdır – bu, satışların bitməsindən yeddi il sonra baş verir.