Nubia yaxın zamanda yeni flaqman smartfonu Z80 Ultra-nı təqdim etməyə hazırlaşır. Buraxılışa az qalmış, şirkətin meneceri Çjan Ley sosial şəbəkə Weiboda cihazın bəzi əsas xüsusiyyətlərini açıqlayıb.
Onun sözlərinə görə, Z80 Ultra çərçivəsiz displey ilə təchiz olunacaq və ekran 144 Hz yenilənmə tezliyi və 360 Hz toxunma disketizasiyası dəstəkləyəcək. Smartfonun arxa hissəsində üçlü kamera sistemi quraşdırılacaq, onlardan biri 7P linzalı ultra geniş bucaqlı modul olacaq. Bu kamera 1/1,55 düym sensor, f/1.8 diyafraqma və 1 mikrometr piksel ölçüsü ilə təchiz ediləcək ki, bu da şəkillərdəki təhrifləri minimuma endirməyə kömək edəcək.
İnsayderlərin məlumatına görə, cihazın performansına Qualcomm Snapdragon 8 Elite Gen 5 prosessoru cavabdeh olacaq, enerji müstəqilliyini isə 7100 mA·saat tutumlu akkumulyator təmin edəcək.
Z80 Ultra-nın təqdimatının noyabr ayında baş tutacağı gözlənilir, lakin rəsmi tarix hələ ki, açıqlanmayıb.