ДомойТехнологииСмартфоныOPPO Reno 17 və Reno 17 Pro təqdim edildi: 200 MP kamera...

OPPO Reno 17 və Reno 17 Pro təqdim edildi: 200 MP kamera və 8000 mAh batareya

OPPO Çində orta seqmentə aid yeni Reno 17 və Reno 17 Pro smartfonlarını təqdim edib. Yeni modellərdə istehsalçı əsas diqqəti mobil fotoqrafiyaya, batareyanın işləmə müddətinə və məhsuldarlığa yönəldib. Hər iki cihaz metal çərçivəli korpusla təchiz olunub.

OPPO Reno 17

Smartfon 2624 × 1208 piksel təsvir ölçüsünə, 440 ppi sıxlığa və 1800 nit maksimum parlaqlığa malik 6,56 düymlük 10-bit LTPS OLED ekranla təchiz edilib. Ekran 60, 90 və 120 Hz yenilənmə tezliyini, 240 Hz sensor tezliyini dəstəkləyir və OPPO Crystal Shield Glass qoruyucu şüşəsi ilə örtülüb.

Aparatın əsasını 4 nm texnologiyası ilə istehsal olunan Snapdragon 7 Gen 4 prosessoru təşkil edir. O, 8 və ya 12 GB LPDDR5X operativ yaddaş və 256 GB-dan 1 TB-dək UFS 3.1 daxili yaddaşla birlikdə çalışır.

Arxa kamera sistemi üç 50 MP sensordan ibarətdir:

  • Əsas kamera — f/1.8 diafraqma, optik təsvir sabitləşdirməsi (OIS) və avtofokus.
  • Ultra genişbucaqlı kamera — 116° baxış bucağı və avtofokus.
  • Periskop kamera — 3,5 qat optik yaxınlaşdırma, OIS və avtofokus.

Ön kamera da 50 MP təsvir ölçüsünə və avtofokusa malikdir. Həm ön, həm də arxa kameralar 60 kadr/san sürətlə 4K video çəkə bilir.

Smartfonun ən diqqətçəkən xüsusiyyətlərindən biri 8000 mAh tutumlu silisium-karbon batareyasıdır. Qurğu 80 Vt gücündə naqilli sürətli şarj doldurmanı dəstəkləyir. Ölçüləri 157,64 × 75,27 × 8,47/8,28 mm, çəkisi isə rəng versiyasından asılı olaraq 208 və ya 206 qramdır.

OPPO Reno 17 Pro

Pro versiyası daha kompakt, 6,32 düymlük 10-bit LTPS OLED ekranla təchiz edilib. Ekranın təsvir ölçüsü 2640 × 1216 piksel, piksel sıxlığı 460 ppi, maksimum parlaqlığı isə 1800 nit təşkil edir. Burada da 120 Hz yenilənmə və 240 Hz sensor tezliyi, həmçinin OPPO Crystal Shield Glass qoruyucu şüşəsi mövcuddur.

Smartfonun daxilində 4 nm texnologiyası ilə istehsal olunan MediaTek Dimensity 8550 Super prosessoru yerləşir. Yaddaş konfiqurasiyasına 8 və ya 12 GB LPDDR5X operativ yaddaş, 256 və ya 512 GB UFS 3.1 daxili yaddaş daxildir.

Reno 17 Pro-nun əsas kamera sistemi daha yüksək təsvir ölçüsü ilə seçilir:

  • Əsas kamera — 200 MP, f/1.8 diafraqma və OIS.
  • Ultra genişbucaqlı kamera — 50 MP, 116° baxış bucağı və avtofokus.
  • Periskop kamera — 50 MP, 3,5 qat optik yaxınlaşdırma, OIS və avtofokus.

Ön kamera standart Reno 17 modeli ilə eynidir. Hər iki kamera sistemi 60 kadr/san sürətlə 4K video çəkilişini dəstəkləyir. Pro modelində 7250 mAh batareya quraşdırılıb. Naqilli sürətli şarj doldurma gücü isə 80 Vt olaraq saxlanılıb. Cihazın ölçüləri 151,21 × 72,42 × 8,50/8,32 mm, çəkisi isə rəngindən asılı olaraq 194 və ya 192 qramdır.

Digər xüsusiyyətlər və qiymətlər

Hər iki smartfon 5G, Wi-Fi 6, Bluetooth 5.4, GPS, NFC, infraqırmızı pult, USB-C 2.0 portu, iki nano-SIM yuvası və ekranaltı optik barmaq izi skaneri ilə təchiz olunub. Korpuslar IP66, IP68, IP69 və IP69K standartlarına uyğun olaraq suya və toza qarşı qorunur. Proqram təminatının əsasını Android 17 əməliyyat sistemi və ColorOS 17 interfeysi təşkil edir.

Yeni modellərin qiymətləri belədir:

  • OPPO Reno 17: 8/256 GB versiyası — 539 dollar, 12/256 GB — 569 dollar, 12/512 GB — 599 dollar, 12 GB/1 TB — 734 dollar.
  • OPPO Reno 17 Pro: 8/256 GB versiyası — 629 dollar, 12/256 GB — 689 dollar, 12/512 GB — 749 dollar.

Alıcılara mavi, ağ və qəhvəyi rəng seçimləri təklif olunur.

Qeyd edək ki, yeni smartfonlar bir sıra texniki xüsusiyyətlərinə görə əvvəlki nəsil modellərdən geri qalır. Buna baxmayaraq, onların qiymətləri, özü də nəzərəçarpacaq dərəcədə artıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,684ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -