spot_img
16 сентября, 2025
spot_img
ДомойТехнологииГаджетыOnePlus Nord Buds 3r təqdim olundu: 54 saata qədər çalışma və 21...

OnePlus Nord Buds 3r təqdim olundu: 54 saata qədər çalışma və 21 dollar qiymət

OnePlus özünün yeni simsiz qulaqlıqları Nord Buds 3r modelini təqdim edib. Onlar 2023-cü ildə çıxan Nord Buds 2r-in varisi olub və daha uzun avtonom iş vaxtı, süni intellekt funksiyaları və OnePlus 3D Audio texnologiyası ilə fərqlənirlər.

Yeni qulaqlıqlarda 12,4 mm dinamik drayverlər və titan diafraqma istifadə olunub. Hər qulaqcıqda iki ədəd olmaqla 4 mikrofon quraşdırılıb. Onlar zəng zamanı süni intellekt əsaslı səsboğma funksiyası vasitəsilə arxa fon səslərini azaldaraq səsin aydın ötürülməsini təmin edir.

Əlavə imkanlara Sound Master ekvalayzeri (3 hazır profil və 6 zolaqlı əl ilə tənzimləmə), AI-tərcüməçi, Tap 2 Take (smartfon kamerasına toxunuşla idarəetmə), islaq barmaq toxunuşlarını tanıma və Find My Earbuds daxildir.

Avtonomluq bir şarj ilə 12 saata, qutu ilə birlikdə isə 54 saata qədər çatır. Qulaqlıqlar Bluetooth 5.4 üzərindən qoşulur və eyni anda iki cihazla sinxron işləyə bilir. Oyun rejimində gecikmə 47 ms, suya və toza qarşı müdafiə isə IP55 standartına uyğundur.

OnePlus Nord Buds 3r qara və mavi rənglərdə, 21 dollar qiymətinə, 8 sentyabrdan Hindistan bazarında satışa çıxacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,882ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -