9to5Google portalının məlumatına görə, YouTube Music platformasında mahnı sözlərini paylaşmaq funksiyası istifadəyə verilib. Əvvəllər bu imkan yalnız test rejimində mövcud idi, indi isə Android və iOS istifadəçiləri üçün tam şəkildə aktivləşdirilib.
Bu funksiya istifadəçiyə mahnıdan istədiyi söz hissəsini seçmək və onu sosial şəbəkələrdə və ya digər tətbiqlərdə paylaşmaq, həmçinin cihazda saxlamaq imkanı verir. Əsas odur ki, bu ödənişli xidmət deyil və YouTube Music-in pulsuz versiyasından istifadə edənlər üçün də əlçatandır.
Mənbənin qeyd etdiyinə görə, söz paylaşımı funksiyası artıq YouTube Music-in 8.24 versiyasında geniş şəkildə əlçatandır. Son həftələrdə bu yeniliyi getdikcə daha çox istifadəçi öz tətbiqlərində görməyə başlayıb.