spot_img
19 июня, 2025
spot_img
ДомойТехнологииСмартфоныMin-Çi Kuo: Qatlana bilən iPhone-un istehsalına bu payızda start veriləcək

Min-Çi Kuo: Qatlana bilən iPhone-un istehsalına bu payızda start veriləcək

iPhone Fold modelinin bazara çıxışı yalnız 2026-cı ilin payızına planlaşdırılsa da, istehsala hazırlıq artıq bu payızda başlayacaq. Məşhur insayder Min-Çi Kuo bildirir ki, Apple-ın əsas tərəfdaşlarından olan Tayvan şirkəti Foxconn sentyabr-oktyabr aylarında «bükülə» bilən iPhone-un istehsalına hazırlıq işlərinə başlayacaq.

Cihazın seriya istehsalına isə 2026-cı ilin iyul-avqust aylarında start veriləcək. Hazırda söhbət əsasən istehsal üçün hazırlıq mərhələlərindən gedir: zavod sahəsinin təşkili, avadanlıqların alınması, istehsal prosesinin planlaşdırılması və optimallaşdırılması.Qatlana bilən iPhone barədə indilik bəlli olanlar bunlardır:

  • Bu model Fold tipində olacaq, yəni kitab kimi açılıb-bağlanacaq;

  • Qapalı vəziyyətdə ekran 5.5 düym, açıq vəziyyətdə isə 7.8 düym olacaq;

  • Ekranda bükülmə izi görünəcək, amma bu, rəqiblərlə müqayisədə daha az nəzərə çarpacaq;

  • Ekran istehsalçısı — Samsung Display olacaq;

  • Cihazın qalınlığı yalnız 4.5 mm olacaq, qatlandıqda isə təxminən 9–9.5 mm;

  • Cihazın nazikliyinə görə Face ID yerləşdirmək mümkün deyil, buna görə Touch ID-yə geri qayıdılır;

  • Kameralar zəif olacaq, çünki yaxşı kamera üçün daha böyük sensor və obyektiv lazımdır.

Samsung Display ümumilikdə 15–20 milyon ekran sifarişi alıb, lakin bu say 2–3 il ərzində paylanacaq. Apple ilk il üçün satış proqnozlarını ehtiyatla aparır: təxminən 6 milyon ədəd. Bunun səbəbləri çoxdur — o cümlədən təxminən $2000–2500 qiymət, eləcə də bu cür cihazlara aşağı maraq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,934ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -