spot_img
9 июня, 2025
spot_img
ДомойТехнологииНоутбукиASUS ProArt P16: Yaradıcılıq üçün sərhədsiz imkanlar

ASUS ProArt P16: Yaradıcılıq üçün sərhədsiz imkanlar

ASUS ProArt P16 — hazırda mövcud olan ən güclü 4K OLED noutbuklarından biri olub, istənilən mürəkkəblikdə yaradıcı tapşırıqları yerinə yetirməyə qadirdir. Noutbuklar üçün ən son AMD Ryzen AI 9 prosessoru və NVIDIA GeForce RTX 50 seriyalı qrafikləri özündə birləşdirəm düşünülmüş konfiqurasiya heyrətamiz avtonom iş qabiliyyətinə malik olmaqla yanaşı, maksimum səmərəliliyi təmin edir. Sadalanan imkanlara şirkətə məxsus xüsusi proqram təminatı dəstini, yaradıcı tətbiqlərdə təsirli dəqiqliyi təmin edən daxili DialPad kontrollerini, həmçinin həcm və parlaqlıq kimi əsas funksiyaları idarə etmək, onu ASUS cihazlarına xas olan estetika və erqonomika ilə bəzəmək imkanı əlavə etsəniz, yaradıcılar üçün əvəzolunmaz alət əldə etmiş olursunuz.

Minimalistik dizaynda inanılmaz qüvvət

ASUS-un digər noutbuk xətləri ilə müqayisədə, ProArt-ın dizaynı daha sadə şgörünür. İncə konsentrik dairələr, parlaq örtüklər və ya üst qapaqdakı valehedici işıq şousu əvəzinə, ProArt P16 dərin qara rənglə işlənib, gümüşü «ASUS ProArt» loqosu isə parlaq qabarıq şəkildə quraşaşdırılıb. Loqoya diqqətlə baxdıqda, kiçik emblemin içərisində məharətlə həkk olunmuş “Pro” sözünü görmək olar.

Mat qara Nano Black adlı örtük xüsusi anodlaşma prosesi nəticəsində əldə edilib. Təsadüfi toxunuşlardan iz buraxmayan örtüyü də xüsusi qeyd etmək olar. İri səsgücləndiricilər və virtual DialPad kontroleri olan böyük sensor panel arasında yerləşdirilməsinə baxmayaraq, tamölçülü membran klaviatura hər ölçüdə əl üçün olduqca rahat və genişdir.

ASUS dizaynerləri bu noutbukdan yararlanacaq istifadəçilərin ehtiyaclarını nəzərə alıb. Kiçik ölçüsünə baxmayaraq, ProArt P16 mobil kreativ yaradıcıları üçün nəzərdə tutulduğundan, noutbuk MIL-STD 810H davamlılıq sertifikatına malikdir. Bu sertifikat ProArt P16 modelinin gündəlik istifadədə möhkəmlik və etibarlılıq göstəricisidir. ProArt P16 girişlər dəsti də tam düşünülmüş şəkildə düzülüb. ASUS istifadəçilərə iki USB 3.2 Gen 2 Type-A portu, USB 3.2 Gen 2 Type-C və USB 4.0 Gen3 Type-C portları, HDMI 2.1 FRL portu, SD Express 7.0 yaddaş kartı yuvası, qulaqlıq üçün giriş və xüsusi DC-in yuvası təqdim edir. Noutbuk WiFi 7 standartının simsiz modulunu təklif edir.

Laptopu çevirdikdə, ASUS mühəndislərinin noutbukun komponentləri üçün mükəmməl soyutma sisteminin quraşdırıldığını görmək mümkündür. ProArt P16 səmərəli soyutma sistemi prosessorun və 125 Vt-lıq videokartın maksimum ümumi istilik gücünə asanlıqla tab gətirir, maye metal Thermal Grizzly, toz filtrləri və artırılmış hava axını olan üç ventilyatorlu istilik interfeysi kimi premium oyun markası ROG-un qabaqcıl texnologiyalarından istifadə edir. Daha bəsit tapşırıqlar üçün «0 dB» soyutma sisteminin səssiz rejimi tətbiq edilir. Bu yüksəksürətli ikikanallı LPDDR5X yaddaşına 32 və ya 64 GB tutumlu, M.2 formatında 1 və ya 2 TB tutumlu PCIe 4.0 SSD diskini əlavə etməklə, arzuladığınız noutbuku əldə edəcəksiniz.

OLED-ekran, kamera, səsgücləndiricilər, keyboard və DialPad

Ən parlaq rənglər, qaranın ən dərin tonları və ən kəskin kontrast tələb olunduqda,OLED displey mükəmməl seçimdir. Corning Gorilla Glass NBT şüşəsi ilə zədələnmədən qorunan parlaq panel işıq ləkələrinə qarşı olduqca həssas olsa da, ideal şəraitdə 16 düymlük 4K ekran sizə inanılmaz seyr həzzi yaşadacaq. Digər önəmli məqam isə 4096 təzyiq səviyyəsini dəstəkləyən sensor ekranından maksimum yararlanmaq üçün sizə stilus lazım olacaq.

ProArt P16-da 1080p veb-kamera quraşdırılıb. Yaradıcı peşəkarlar üçün nəzərdə tutulmuş noutbukdan daha azını gözləmək də dzgün deyil. Kamera zəngin rəngli və kəskin detallı möhtəşəm fotoşəkillər çəkməyə qadirdir. Video zənglər zamanı həmin görüntü keyfiyyəti qorunur. ASUS AiSense texnologiyası məlumatlarınızı yad gözlərdən qorumaq üçün uzağa baxdığınız zaman ekranı avtomatik olaraq qaraldan adaptiv qaralma funksiyası ilə yüksək səviyyəli təhlükəsizlik təmin edir. O, həmçinin Windows Hello kimi laptopdan uzaqlaşdığınız zaman kompüteri tamamilə kilidləyir, geri qayıtdığınızda isə onu yenidən açır. Eyni zamanda səsboğma zamanı mikrofondan süni intellekt üzərindən istifadənin üstünlüklərini də əldə edirsiniz. Altı dinamikli sistem yuxarıya doğru yönələn tərtibatı sayəsində olduqca dolğun və yüksək səsə malikdir.

P16-nın ada tipli klaviaturasında iri düymələr və parlaq altişıq quraşdırılıb. Əksər müasir cihazlarda olduğu kimi, Microsoft Copilot düyməsi də var. ProArt P16-nın toxunma paneli sürətli və həssasdır, jestlərin istifadəsi isə mükəmməl işləyir. Adətən sensor paneli yalnız bu imaknları təklif edir, ASUS ProArt cihazlarında virtual DialPad olleri də tətbiq olunub. Sensorlu panelinin yuxarı sol küncündəki dairəvi girinti Adobe proqramları ilə yaxından işləyən peşəkar multimedia yaradıcılarının üstünlük verdiyi sehrli alətə çevrilib. DialPad Adobe After Effects, Photoshop, Premiere Pro və Lightroom kimi proqramların geniş funksiyalarından istifadəni asanlaşdırır. Ən son nəsil DialPad həmçinin CapCut, Spotify, DaVinci Resolve və Microsoft 365 Suite proqramlarını dəstəkləyir. Məsələn, Microsoft Office-də şrift ölçüsünə nəzarət edə və ya Excel-də miqyası böyüdüb-kiçildə bilərsiniz.

Buluda qoşulmadan süni intellektin gücü

Ən öncül konfiqurasiyalı ProArt P16 (H7606) inteqrasiya olunmuş AMD Radeon 890M qrafikalı AMD Ryzen AI 9 HX 370 prosessoru və noutbuklar üçün nəzərdə tutulan güclü NVIDIA GeForce RTX 50 seriyalı videokartla təchiz olunub. AMD Ryzen AI 9 HX 370 (12 nüvə, 24 axın, 5,1 GHz-ə qədər, 36 MB keş, TDP 15-45 Vt, 81 TOPS-a qədər) dörd ədəd Performans Zen5 nüvəsi və Hyper-Threading ilə səkkiz ədəd Efficiency Zen5c nüvəsi olan tam yeni arxitekturadır. Bundan əlavə, o, 80 Vt-a qədər sabit gərginliklə işləyən cari nəslin ən güclü prosessorudur.

Əlavə olaraq, prosessor süni intellekt problemlərini öz sinfi üzrə ən yüksək — 50 TOPS səviyyəsində həlli təklif edən RDNA 3.5 qrafikası və yüksək sürətli XDNA 2 neyron modulu ilə təchiz olunub. Noutbuklar üçün nəzərdə tutulan NVIDIA GeForce RTX 5070 qrafik kartı (maksimal konfiqurasiyada) 798 TOPS-a qədər məhsuldarlıq yaratmağa qadirdir. Buluda məlumat göndərmədən süni intellekt alqoritmlərini lokal şəkildə tez və səmərəli hesablamaq üçün ən azı 40 TOPS məhsuldarlıq tələb etdiyindən, bu olduqca vacibdir. Göstərici nə qədər yüksək olarsa, tətbiq və süni intellekt funksiya yaradıcıları üçün bir o qədər çox imkanlar açılır. Videokart Adobe, Autodesk, Avid, Blackmagic Design, Epic, Maxon, Unity və digərləri də daxil olmaqla bir sıra developerlərin peşəkar yaradıcı proqramlarında sürətləndirmə və sabitlik üçün optimallaşdırılmış Studio drayverlərindən istifadə edir.

DialPad hesabsız imkanlar yaratmaqla yanaşı, ASUS yaradıcı prosesi təkmilləşdirmək üçün ProArt P16 istifadəçilərinə geniş süni intellekt proqramlarına giriş təklif edir. Proqram təminatı paketinə üztanıma üçün süni intellekt üzərindən axtarış edərək, bütün mediafayllarınızı birləşdirərək, qruplaşdıran StoryCube daxildir. ProArt Creator Hub sistem diaqnostik monitoru kimi çıxış edir.

Bu funksionallıq MyAsus-un təklifinə bənzəsə də, sistem parametrlərindən fərqli olaraq, o, yaradıcılığa fokuslanaraq, displeyin rəng temperaturunu təyin etməyə, digər ASUS yaradıcı proqramlarına sürətli daxil olmağa və üstünlük verdiyiniz rəngi seçərək, birbaşa ekranda fərdi rəng palitralarınızı yaratmağa imkan verir. Nəhayət, istifadəçi ideyanın təsvirini yazaraq və ya kobud eskizini yaradaraq, süni intellektlə işləyən MuseTree təsvir generatoru üzərindən detalları əlavə edə bilər. Eyni zamanda, ProArt P16 alıcıları ödənişsiz 3 aylıq Adobe Creative Cloud abunəliyi və xüsusilə TikTok kontent yaradıcıları üçün möhtəşəm təklif olan 6 aylıq CapCut abunəliyi əldə edirlər.

ASUS ProArt P16 (H7606) noutbukunun qısa texniki xüsusiyyətləri:

Operativ sistem Windows 11 Ev/Pro
Prosessor AMD Ryzen AI 9 HX 370 (12 ядер, 24 потока; до 5,1 ГГц), AMD Ryzen AI
Neyron prosessor

(Aİ-sürətləndirici)

XDNA, 50 TOPS
Qrafika Noutbuklar üçün NVIDIA GeForce RTX 5070, 8GB GDDR7, ( H7606WP modeli)
Noutbuklar üçün NVIDIA GeForce RTX 5060, 8GB GDDR7, ( H7606WM modeli)
AMD Radeon 890M Graphics
Displey 16,0” 16:10 OLED 4K (3840×2400) 60 Hz, parlaqlıq 400 cd/m2, maksimum parlaqlıq 500 cd/m2, kontrastlıq 1000 000:1, cavablama müddəti 0,2 ms, Display HDR True Black 500 sertifikatlaşması, rəng dərinliyi 1,07 mlrd-a qədər, Pantone Validated və SGS sertifikatları, parıltılı, sensorlu, 70% daha az göy işıq, ekranın nisbi sahəsi 88%, geniş baxış bucağı; DCI-P3 əhatəsi 100%; Delta E < 1; Tənzimlənən rəng məkanı.
Corning Gorilla Glass NBT qoruyucu şüşəsi
ASUS Pen (4096 sıxma qradasiyası) stilusun dəstəklənməsi
İkinci displey Yoxdur
Operativ yaddaş Plata üzərində LPDDR5X-7500 32 və ya 64 GB
Doldurucu İki ədəd SSD 1 və ya 2 TB PCIe 4.0 Performance SSD
Girişlər 1 USB 4.0 Gen3 Type-C (40 Gbit/s, displey, Power Delivery dolum qurğusu)
1 USB 3.2 Gen2 Type-C (10 Gbit/s, displey, Power Delivery dolum qurğusu)
2 USB-A 3.2 Gen2
1 HDMI 2.1 FRL
3,5-mm audiogiriş
SD Express 7.0 kart oxuyucusu
İnterfeyslər Wi-Fi 7 (802.11be) 3 diapozon 2×2, Bluetooth 5.4
Pərdəli və Windows Hello dəstəkləyən FHD infraqırmızı kamera
Şirkətə məxsus PT
ProArt Creator Hub
StoryCubeMuseTree
CapCutMyASUS
ScreenXpert
GlideX

 

Peşəkaryaradıcı iş funksiyalarlnın tənzimlənməsi üçün ProArt Creator Hub Proqram Təminatı
Displeyin rəng məkanının seçimi
ASUS OLED Care displey qoruyucusu
Sistemin diaqnostikası və yenilənməsi
Təhlükəsiz enerji qidalanması
Ventilyatorların iş rejimi
Təsvirlərin optimallaşdırılması (Splendid)
Videoların optimallaşdırılması (Tru2Life)
İsti düymələr
Wi-Fi rouminqinin optimallaşdırılması
AppDeals xidməti
Link to MyASUS
İdarəetmə Alt işıqlı memranlı klaviatura
Düymə dərinliyi 1,7 mm
Copilot rəqəmsal assistentin vurğulanmış düyməsiYüksəkdəqiqlikli tikişsiz touchpad
Digər FHD İQ ASUS AiSense kamerası
6 dinamikli harman/kardon audiosistemi
3 mikrofondan ibarət massiv
Microsoft Pluton təhlükəsizlik prosessoru
Hərbi təyinatlı US MIL-STD 810H standartı
Batareya və qidalanma 20 saata qədər avtonom iş; sürətli enerji dolumu (0-60% 49 dəq); 90 Vts, 4 giriş; 200 Vt qida bloku (dördkünc giriş); 100 Vt-a qədər Power Delivery (USB-C) dəstəklənməsi
Ölçü və çəki

Rəng

355х247х14,9-17,3 mm; 1,85 kq
Qara

Qərar

Foto və videoların redaktəsindən tutmuş, musiqi yaradıcılığına və güclü süni intellekt alətlərinə qədər bütün sahələri əhatə edən universal Windows əsaslı kontent yaratmaq üçün noutbuk axtarırsınızsa, ASUS ProArt P16 mükəmməl seçimdir. ASUS ProArt P16-ın əsas hədəf auditoriyası — kontent yaradıcıları üçün faydalı alətlərlə zənginləşdirilmiş təsirli nümunədir.

Bu noutbuku seçməyin digər üstünlüyü ASUS Perfect Warranty genişlənmiş zəmanət proqramıdır. ASUS şirkəti noutbuk sahiblərinə, onların cihazlarını istehsalçının standart zəmanəti ilə əhatə olunmayan zədələrdən qoruyan zəmanət təklif edir. Proqram 2025-ci il yanvarın 1-dən sonra alınmış ASUS, ROG və TUF noutbuklarına aiddir və təsadüfi düşmə, maye zədələnməsi, enerji artımı və fiziki zədələrdən qorunma təmin edir. ASUS Perfect Warranty-dən yararlanmaq üçün istifadəçilər alışdan sonra 90 gün ərzində https://www.asus.com/ru/event/perfectwarranty/ linki vasitəsilə keçid edib, ASUS hesabı yaratmalı və noutbuklarını qeydiyyatdan keçirməlidirlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,940ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -