spot_img
6 мая, 2025
spot_img
ДомойТехнологииГаджетыAnTuTu “öz qiymətinə görə ən yaxşı” aprel ayının gadcetlərini açıqlayıb

AnTuTu “öz qiymətinə görə ən yaxşı” aprel ayının gadcetlərini açıqlayıb

AnTuTu platformasının tərtibatçıları aprel ayının qiymət və performans nisbətinə görə ən sərfəli smartfonlarının reytinqini yeniləyiblər. Reytinq həm büdcə seqmentini, həm də flaqman modelləri əhatə edir. Ən sərfəli cihazlar arasında liderlik isə Unisoc prosessorlu modelə qismət olub.

136 dollara qədər olan smartfonlar arasında birinci yerə Nubia Mavericks (Unisoc T760) layiq görülüb. İkinci pillədə vivo Y200t (Snapdragon 6 Gen 1), üçüncü yerdə isə OPPO K12x 5G (Snapdragon 695) qərarlaşıb.

140–279 dollar aralığında lider realme Neo7 (MediaTek Dimensity 9300+) olub. Onun ardınca iQOO Z9 Turbo (eyni çip), üçüncü yerdə isə realme Neo7 SE (Dimensity 8400 Max) gəlir.

280–419 dollar seqmentində birinci yerə realme GT7 (Dimensity GT7 9400+), ikinci yerə iQOO Neo10 (Snapdragon 8 Gen 3), üçüncü yerə isə OnePlus Ace 5 (Snapdragon 8 Gen 3) çıxıb.

420–559 dollar qiymət kateqoriyasında ən yaxşı smartfon realme GT7 Pro (Snapdragon 8 Elite) olub. Onun ardınca iQOO 13Redmi K80 Pro cihazları gəlir – hər üç cihaz eyni prosessorla təchiz olunub.

560–699 dollar aralığında isə lider Nubia Red Magic 10 Pro (12/256 GB, Snapdragon 8 Elite) olub. İkinci yeri OPPO Find X8s+ (Dimensity 9400+), üçüncünü isə Xiaomi 15 (Snapdragon 8 Elite) tutub.

700 dollardan yuxarı olan flaqman modellər arasında birinci yerə Nubia Red Magic 10 Pro+ (Snapdragon 8 Elite) çıxıb. İkinci pillədə vivo X200 Pro (Dimensity 9400+), üçüncü yerdə isə Honor Magic 7 Pro (Snapdragon 8 Elite) qərarlaşıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,936ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -