Xiaomi şirkəti, Apple və Google tərəfindən rəsmi olaraq lisenziyalanmış, dünyanın ilk Bluetooth—tracker-ni təqdim etdi. MiTag Duo istifadəçilərə Apple-ın Find My və Google-ın Find My Device xidmətləri arasında seçim etməyə imkan verir — bu xidmətlər hər iki şirkətin cihazlarının geolokasiyasını izləməyə kömək edir.
Bu barədə xəbər verən ChannelNews nəşri materialında bildirir ki, əvvəlki dövrlərdə Apple-ın AirTag yalnız iPhone ilə işləyirdi, halbuki Tile və Chipolo kimi brendlər əsasən Android istifadəçilərinə yönəlmişdi. MiTag Duo bu məhdudiyyəti aradan qaldıraraq, izləmə şəbəkəsinin hər hansı biri ilə problemsiz konfiqurasiya təklif edir. Cihaz birləşdirildikdən sonra yalnız seçilmiş platforma ilə işləyir və üçüncü tərəf tətbiqləri və ya abunəliklərə artıq ehtiyac yoxdur.
Məlumata görə, MiTag Duo istifadəçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə yaradılıb. Cihaz, məxfi izləmə üçün şifrələmə ilə təchiz olunub və baqaj, çantalar, açarlar, nəqliyyat vasitələri və hətta ev heyvanları da daxil olmaqla müxtəlif əşyalar üçün uyğun olan yığcam, suya davamlı dizayna malikdir.
MiLi-nin innovasiyası Bluetooth-izləmə texnologiyasında əhəmiyyətli bir irəliləyişdir, daha çox çeviklik və platformalararası uyğunluq təmin edir.
ChannelNews yazır: «Ənənəvi tracker-lərdən fərqli olaraq, MiTag Duo istifadəçilərə Apple-ın Find My və Google-ın Find My Device xidmətləri arasında seçim etməyə imkan verir, bu da onu bazardakı ən universal Bluetooth-tracker edir».