ASUS şirkətinə məxsus Republic of Gamers (ROG) brendi 2025-ci ilin ən yeni geymer noutbukları xəttini təqdim edib. Yeni nəsil oyun qurğuları Intel®, AMD və NVIDIA® komponentləri ilə təchiz edilib. ROG Strix SCAR seriyasının modelləri yeni gövdə və təkmilləşdirilmiş soyutma sistemi, Flow Z13 planşeti isə inanılmaz dərəcədə güclü yığımla təmin olunub.
ASUS şirkəti, cəlbedici təkliflə çıxış edərək, seçilmiş məhsula müəyyən edilmiş endirimli qiymət, keşbek və ya digər xüsusi alış şərtlərini irəli sürüb.
ROG-un məxsusi olaraq oyunlar üçün hazırladığı noutbuklara sahiblənməyə, onların inanılmaz imkanlarından zövq almağa tələsin!
Ön sifarişi bu gün rəsmiləşdirin, eksklüziv təklif və bonuslardan yararlanın.
ROG Strix SCAR 16 və SCAR 18 — hər sahədə üstünlüyünüz!
2025-ci il ROG Strix SCAR noutbuk modelləri öncül texnologiya və ən tələbkar geymerlər və kontent yaradıcıları üçün yaradılmış innovativ dizayn təklif edir.
Seriyanın məxsusi özəlliyi yüksək məhsuldarlıq və şassinin yeni dizaynından ibarətdir. Noutbuklar, 175 Vt-a qədər yüksək güc limiti və ən son Intel Core Ultra 9 275HX prosessorları sayəsində müasir videooyunları asanlıqla işə salmağa qadir NVIDIA GeForce RTX 5090 videokartları ilə təchiz edilib.
64 GB DDR5 operativ yaddaş və 4 TB-a qədər SSD yaddaşa dəstək, sistemin yüksək sürətlə işləməsini və geniş yaddaş sahəsini təmin edir.
Mini-işıq diod alt işıqlandırma və ACR texnologiyası ilə ROG Nebula HDR displeyləri xüsusilə diqqətə layiqdir. Yeni ikiqatlı ACR təbəqənin işığın əks olunmasını 55% azaltması və kontrastı 4,5 dəfə yaxşılaşdırması nəticəsində, şəkillərin parlaqlığını və dolğunluğunu qoruyub, saxlamaq mümkündür.
İnnovativ soyutma sisteminə buxarlanma kamerasının üstündə və altında yerləşən soyutma pərləri olan unikal radiator konstruksiyası daxildir. Turbo rejimində mərkəzi prosessorun güc həddi 55 Vt, video kartın güc həddi isə 175 Vt-dır. Manual rejimdə mərkəzi prosessora əlavə 20 vatt güc verilə bilər, bu da əvvəlki nəsildən daha sakit işləyən termopaketin ümumi sistemini inanılmaz 250 Vt çatdırır.
Turbo rejimdə mərkəzi prosessorun güc limiti 55 Vt, videokartın limiti isə 175 Vt-a çatır. Manual rejimdə mərkəzi prosessora 20 Vt güc əlavə etmık mümkündür. Nəticədə əvvəlki nəsillə müqayisədə daha səssiz işləyən inanılmaz 250 Vt gücündə ümumi sistem termopaketi əldə edilir.
Gövdənin yeni dizaynına bütün perimetr boyu düzülmüş RGB-altişıq 810 işıq diodu istifadə edən və qeyri-adi işıq effektləri yaratmaq üçün noutbukun qapağında minlərlə xırda deliyi olan unikal AniMe Vision texnologiyası sayəsində displeydə öncədən quraşdırılmış animasiya çarxları, yüklənmiş GİF-rəsmlər və istifadəçi cizgilərini əks etdirmək mümkündür. Eyni zamanda daha rəsmi tərz qorumaq istəyənlər alt işığı söndürə, yalnız ROG-un qara zərif xromlaşdırılmış loqosunu saxlaya bilərlər.
Önəmli təkmilləşdirmələrdən biri, modernləşmə üçün komponentlərə daxil olmağı asanlaşdıran tamamilə vintsiz alt paneldir. Bu əlavələr yeni ROG Strix noutbuklarını yeniləmə və texniki xidmət üçün ən əlverişli cihazlardan birinə çevirir.
ASUS ROG Flow Z13 — mobil geyminqin gələcəyi!
2022-ci ildə buraxıldığı gündən bəri ROG Flow Z13 oyun planşetləri arasında güc və portativlik etalonuna çevrildi. 2025-ci ildə isə portativ və güclü ASUS ROG Flow Z13 hərtərəfli yenilənmiş və təkmilləşdirilmiş şəkildə mobil oyun həvəskarlarının qarşısına çıxarıldı. Bir çox cəhətdən bu cihaz hətta ən yaxşı oyun noutbuklarını da üstələyir. Bu cür qurğu çərçivəsində Radeon 8060S qrafikası və vahid yaddaşı olan ultra güclü AMD Ryzen AI Max+ 395 prosessorunun istifadəsi artıq özü-özlüyündə tamamilə yeni konsepsiya oldu. Əlavə olaraq, yeni məhsul üzərində NVIDIA GeForce RTX 5070 Ti və ya RTX 5090 olmaqla, xarici monitor və ya televizor, mouse və keyboard ilə kənar ASUS XG Mobile qrafik dok-stansiyasını birləşdirərkən, ənənəvi oyun platforması rejimini də dəstəkləyir! Bu perspektivli konsepsiya istənilən mürəkkəblik səviyyəsi olan oyunların da öhdəsindən gəlməyə qadirdir.
Republic of Gamers üslublu cəlbedici dizayn
2025-ci ilin ASUS ROG Flow Z13 planşeti həm daxilən, həm də xaricən tamamilə yenidən işlənib. Bu 2-in-1 (ikisi birində) qurğusu, hələ də ayrılan klaviatura və quraşdırılmış altlığa malikdir, lakin qapağındakı şəffaf RGB ekran kəsimi artıq plastiklə deyil, həqiqi şüşə ilə örtülüb. Bütün bunlar CNC-də metal ilə işləndiyindən, cəmi 12 mm qalınlığa və 1,2 kq ağırlığa malikdir. Buna baxmayaraq konstruksiya real sərtliyə malikdir. Yenidən işlənmiş anakart platası, daha iri daxili ventilyatorlar, yüngülləşdirilmiş buxarlanma kamerası və qurğunun yuxarı hissəsindəki daha iri çıxış delikləri isti hissələr arasında daha yaxşı havalandırmanı təmin etməyə yardım edir.
2025-ci ilin modeli ən yeni AMD Ryzen AI Max+ 395 funksional bloku ilə təchiz edilib. Bu prosessor masaüstü kompüter səviyyəsindədir, RDNA 3.5 qrafik nüvələrinə malikdir və oyun məhsuldarlığını təmin edir.
Mərkəzi və qrafik prosessorların eyni kristal üzərində yerləşdirildiyindən, ROG Flow Z13, 128 GB qədər həcmə malik unifikasiya edilmiş yaddaş strukturundan istifadə edir. Nəzərə almaq lazımdır ki, oyun noutbuklarının əksəriyyəti ayrı-ayrı mərkəzi və qrafik prosessorlarının hər biri fərdi yaddaş pullarından yararlanır. Bu imkanlar, müasir oyunların böyük həcm videoyaddaşından istifadə etməyə, digər resurs tələb edən tapşırıqlarda yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Yeni Flow Z13-ün qrafik məhsuldarlığını RTX 4070 noutbuklarının məhsuldarlığı ilə müqayisə etmək olar. Qeyd edilən imkanlar, eyni zamanda həm resurs tələb edən iş tapşırıqları, həm də əyləncə tipli müasir AAA+ layihələri üçün yetərlidir.
2025-ci ildə buraxılan ROG Flow Z13 modeli, paslaynmayan poladdan və misdən hazırlanmış yüngülləşdirilmiş buxarlanma kamerası ilə təchiz edilib. O, əvvəlki nəsildən fərqli olaraq, ana platanın 54% daha çox səthini örtür. Böyüdülmüş havalandırma, iki Arc Flow ventilyatoru və cəmi 0,1 mm enində olan radiator şəbəkəsinin simləri, qurğunun həcminə təsir etmədən, istiliyin kənarlaşdırılması effektivliyini artırmağa imkan verir.
ROG Flow Z13 nəinki dünyanın ən güclü oyun planşeti olmaqla yanaşı, həm də istifadəçinin bütün ehtiyaclarına uyğunlaşan, çoxyönlü mobil cihaz qismində nəzərdə tutulmuş yığcam oyun həllinin yeni kateqoriyasıdır. O, qurğu imkanlarına qarşı tələbkar olan tətbiq və oyunları işə salmaqla yanaşı, müxtəlif istifadə ssenariləri təklif edir. ASUS ROG Flow Z13 ilə siz iş yerinə bağlanmadan işləsəniz də, məhsuldarlığınızı məhdudlaşdırmayacaqsınız. Əgər onu yeni səviyyəyə qaldırmaq istəyirsinizsə, NVIDIA GeForce RTX 50 Series qrafiklərini kiçik form-faktoruna yığan və Thunderbolt 5 bağlantısını dəstəkləyən yeni ROG XG Mobile-a da nəzər salmağa tövsiyyə edirik.
ROG məhsullarının bütün alıcıları üçün ROG Elite loyallıq proqramı əlçatandır
ROG Elite — ASUS-a məxsus Republic of Gamers (ROG) brend məhsullarının alıcıları üçün xüsusi yaradılmış loyallıq proqramıdır. Proqram ROG oyun avadınlıqları həvəskarları üçün unikal üstünlüklər və eksklüziv təkliflər təqdim edərək, brendin sadiq pərəstişkarlarından ibarət icma yaradır.
ROG Elite proqramına qoşulan istifadəçilər aşağıdakı üstünlükləri əldə edir:
- Eksklüziv təkliflər və endirimlər: Proqramın üzvləri ROG məhsulları üzrə xüsusi endirimlər və eksklüziv təkliflərdən yararlana bilərlər.
- Yeni məhsullara erkən giriş: Üzvlər yeni ROG avadanlığı və aksesuarlarını hamıdan tez sınaqdan keçirmək imkanına malikdirlər.
- Tədbirlərdə iştirak: ROG tərəfindən təşkil olunmuş qapalı tədbirləri,turnir və təqdimat mərasimlərini ziyarət etmək imkanına sahiblənirlər.
- Mükafat və bonuslar: alış zamanı və cəmiyyətin həyatında fəal iştiraka görə istifadəçilər mükafat və hədiyyələrə dəyişdirilməsi mümkün olan bonus xalları alırlar.
- Fərdiləşdirilmiş təkliflər: İstifadəçilər üçün seçim və alış tarixçəsinə əsaslanan fərdiləşdirilmiş tövsiyələr və aksiyalar təklif olunur.
ROG Elite loyallıq proqramı — Republic of Gamers brendinin pərəstişkarları üçün ROG məhsullarından maksimum zövq almağa və yararlanmağa imkan verən əla fürsətdir. Geymer icmasına qoşulun və eksklüziv imtiyazlar və təkliflərdən həzz alın.