vivo, Weibo hesabında yeni büdcəli smartfonunun — vivo Y100i-nin iki tizerini dərc etdi. Göstərilən spesifikasiyalara əsasən, o, 12 GB RAM və 512 GB ROM ilə ən ucuz smartfonlardan birinə çevrilə bilər.
Tizerlərin üzərindəki yazılarda deyilir ki, smartfon beşinci nəsil şəbəkələr üçün dəstək alacaq və 12/512 GB versiyalarında cəmi 220 dollar qiymətinə satışa çıxarılacaq. Yeni məhsul ən azı iki rəngdə təqdim olunacaq — mavi və çəhrayı. Eyni zamanda, arxa panel mərmər naxışını xatırladan ağ rəngli əlavələr alacaq və smartfonun özü iki kamera və yastı kənarları olan korpusla təchiz olunacaq.
Vivo Y100i-nin noyabrın 28-də Çində təqdim edilməsi planlaşdırılır.