BofA Global Research analitiki Vamsi Mohan iddia edir ki, bu il Apple iPhone 15 smartfonunun təqdimatı iPhone 12-də olduğu kimi «bir neçə həftə» təxirə salına bilər. Analitik məlumat mənbəyi kimi şirkətin tədarük zəncirlərinin auditini sözə gətirir. Onların bildirdiyinə görə, şirkət cihazın buraxılışına sentyabrda hazır olmaya bilər.
The Information nəşri dolayısı ilə analitikin sözlərini təsdiqləyir və bildirir ki, ekran istehsalı ilə bağlı problemlər (ehtimal ki, çox nazik çərçivələrlə bağlıdır) səbəbindən Apple-da kifayət qədər iPhone 15 Pro və 15 Pro Max modelləri olmayacaq. Amma mənbə bildirir ki, buna baxmayaraq, təqdimat adi vaxtda — sentyabrda baş tutacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az