İnsayder @billbil_kun Xiaomi 13 Lite smartfonunun şəklini, onun qiymətini və təqdimat tarixini dərc edib. Onun sözlərinə görə, 256 GB-lıq smartfonun qiyməti 592 dollar olacaq və MWC sərgisində qlobal bazar üçün Xiaomi 13 və 13 Pro ilə birlikdə təqdim olunacaq.
Bundan əlavə, insayder tərəfindən yerləşdirilən şəkil 13 Lite-nin Civi 2-nin rebrendinq edilmiş modeli olacağı ilə bağlı şayiələri təsdiqləyir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az