Ənənəvi olaraq, Apple Çində əsas iPhone modellərini istehsal edirdi. Hindistanın payına isə ya smartfonların SE versiyaları, ya da altı aydan çox əvvəl buraxılmış flaqmanlar düşürdü.
Lakin 2022-ci ildə vəziyyət birdən dəyişdi. Cupertino, satışların başlamasından cəmi bir ay sonra ən populyar 256 GB iPhone 14 Pro Max modelinin istehsalını Hindistana köçürdü. Bu barədə cihazı Çindən olan alıcılar bildiriblər.
JPMorgan daha əvvəl Apple-ın 2022-ci ildə iPhone 14 istehsal gücünün təxminən 5%-ni Hindistana köçürəcəyi ilə bağlı proqnozunu açıqlamışdı. 2025-ci ilə qədər isə şirkətin məhsullarının 25%-nin ölkəyə ötürülməsindən danışmaq olar. Onlara Mac, iPad, Apple Watch və AirPods daxildir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az