ABŞ-ın 37 ştatı antimonopoliya qaydalarını pozması ilə bağlı Amerikanın texnologiya nəhəngi Google-a qarşı məhkəmədə iddia qaldırıb.
Report-un məlumatına görə, bu barədə Politico nəşri xəbər yayıb.
İddia Kaliforniyadakı federal məhkəməyə verilib. Məhkəməyə müraciətin səbəbi texnologiya nəhənginin Google Play tətbiq mağazasına korporativ nəzarət etməsidir.
Belə ki, şirkət tətbiqetmə daxilində elektron malların və xidmətlərin satışından 30% komissiya tutur.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az