Digital Chat Station öz hesabatında yalnız təqdim edilməmiş smartfonun prosessor modelini deyil, eyni zamanda təxmini qiymətini və kamerasının detallarını da açıqladı.
Məlumata görə, OnePlus Nord 2-nin «ürəyi» beşinci nəsil mobil şəbəkələrə dəstək olan MediaTek Dimensions 1200 olacaqdır. Bundan əlavə, cihaz görünüşcə əvvəllər təqdim edilmiş OnePlus 9 Pro-ya bənzəyəcək. Kameradakı əsas sensorun Sony IMX766 olması ehtimal olunur.
Smartfonun Çin versiyasının gözlənilən pərakəndə qiyməti 313 dollar civarındadır. Təqdimat tarixi və OnePlus Nord 2-nin digər texniki detalları hələ məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az