Tesla Full Self-Driving (FSD v15) avtopilot sisteminin genişmiqyaslı yeniləməsini təqdim edib. Yeniliyin ən diqqətçəkən xüsusiyyəti isə Tesla Reality View adlanan və avtomobilə üçüncü şəxsin baxış bucağından baxmağa imkan verən yeni vizual rejimdir.
Bu rejim aktiv olduqda avtomobilin salonundakı ekranda sanki maşının üzərində yerləşən virtual kameranın görüntüsü əks olunur. Funksiya sadəcə vizual effekt deyil: sürücü avtopilotun növbəti hansı manevrləri etməyi planlaşdırdığını daha aydın görə və lazım gəldikdə onun qərarlarına müdaxilə edə bilər.
Əvvəlki versiyalarda sistem ətrafdakı obyektləri yalnız sxematik konturlarla göstərirdisə, indi süni intellekt real vaxt rejimində daha dolğun və realistik görüntü yaradır. İlk istifadəçilər bu yeniliyi real həyatda GTA oyununa bənzədiblər. Tesla rəhbəri İlon Mask da bu müqayisə ilə razılaşıb.
FSD v15 now starting to roll out – upgrading every part of the end-to-end driving network
Safety
25x better handling of safety critical casesTesla Reality View
Adds a live visualization of the drive that lets you see & control what FSD is planning to doNavigation for start & end of the trip now learns end-to-end from fleet route preferences. Later v15 releases will expand this to the entire route.
You also should notice better detection of signs, animals, debris, potholes and standing water, plus more natural speed handling in school zones and inclement weather.
Lastly, FSD can now slow for speed cameras & Bike Rack Mode lets you enable FSD w/ bike racks or similar hitch accessories
— Tesla (@Tesla) November 21, 2026
FSD v15-də dəyişikliklər yalnız interfeyslə məhdudlaşmır. Tesla avtopilotun neyron şəbəkəsinin arxitekturasını bütün iş mərhələləri üzrə yenidən hazırlayıb. Sistemin əsasını təkmilləşdirilmiş videoenkoder təşkil edir. Şirkətin bildirdiyinə görə, bunun sayəsində sürücünün idarəetməyə kritik müdaxilələrinin tezliyi 25 dəfə azalıb.
Yenilənmiş avtopilot yol nişanlarını, heyvanları, yoldakı zibilləri, çalaları və gölməçələri daha dəqiq tanıyır. Bundan başqa, avtomobil sürət kameralarına yaxınlaşarkən əvvəlcədən sürətini azaldır, məktəb zonalarında və əlverişsiz hava şəraitində isə sürət rejimini daha rəvan seçir.
Naviqasiya və əlavə funksiyalar da təkmilləşdirilib. Artıq FSD marşrut qurarkən digər Tesla sahiblərinin ən çox seçdiyi yolların statistikasından istifadə edir. Park yeri axtararkən isə sürücüyə bir neçə alternativ təklif edə və onun avtomobili əvvəllər saxladığı yerləri nəzərə ala bilir.
Mühəndislər sürücünün diqqətinə nəzarət sistemini də yaxşılaşdırıblar. İndi sistem sürücü kepka və ya gün eynəyi taxdıqda belə onun baxış istiqamətini düzgün müəyyən edə bilir.
Yeniliyin digər maraqlı xüsusiyyəti Bike Rack Mode rejimidir. Bu funksiya avtomobilə velosiped daşımaq üçün xüsusi baqaj qurğusu quraşdırıldıqda da avtopilotdan tam istifadə etməyə imkan verir.
Hazırda FSD v15 yeniləməsi yalnız erkən giriş proqramının iştirakçılarına təqdim olunur. Bütün istifadəçilər üçün geniş yayımlanma isə dekabr ayına planlaşdırılıb.











