Tesla şəxsi Model Y avtomobillərinin sahiblərini Ostində (Texas ştatı) fəaliyyət göstərən Robotaxi pilotsuz taksi şəbəkəsinə cəlb etməyi planlaşdırır.
İlon Maskın sözlərinə görə, hər şey plana uyğun getsə, şirkət bu sistemin ilk sınaqlarına artıq 2026-cı ilin dekabrında başlaya bilər.
Elon says Tesla could next month begin allowing select Model Y owners to add their personal vehicles to Tesla’s Robotaxi network in Austin:
— Sawyer Merritt (@SawyerMerritt) November 16, 2026
Layihəyə əsasən, bəzi Model Y sahibləri şəxsi avtomobillərini Robotaxi platformasına qoşa biləcəklər. Beləliklə, şəxsi maşınlar Tesla-nın kommersiya avtomobil parkının bir hissəsinə çevriləcək. Şirkət bununla sərnişinlər üçün əlçatan avtomobillərin sayını artırmağı hədəfləyir.
Tesla hələlik avtomobillərin platformaya qoşulma şərtlərini, sahiblər üçün tələbləri və səfərlərdən əldə edilən gəlirin necə bölüşdürüləcəyini açıqlamayıb. Həmçinin Model Y-nin hansı versiyalarının bu imkanı dəstəkləyəcəyi və əlavə avadanlığa ehtiyac olub-olmayacağı da məlum deyil.










