ДомойТехнологииHardwareTesla Optimus Gen 3 robotunun görünüşünü təsadüfən görsətdi

Tesla Optimus Gen 3 robotunun görünüşünü təsadüfən görsətdi

Tesla-nın Android tətbiqində şirkətin hələ rəsmi təqdim etmədiyi Optimus Gen 3 humanoid robotunun renderləri aşkarlanıb. Görüntülər yeni nəsil robotun dizaynında hansı dəyişikliklərin edilə biləcəyinə dair ilk təsəvvür yaradır.

Renderlər Tesla tətbiqinin son versiyalarından birinin faylları arasında tapılıb. Şəkillərdə model “gen3” kimi qeyd olunub və Optimus Gen 2.5 ilə birlikdə göstərilib. Bu da iki nəsli birbaşa müqayisə etməyə imkan verir. Bununla belə, Tesla yeni robotun görünüşünü hələ rəsmi şəkildə açıqlamayıb.

Renderlərə əsasən, Optimus Gen 3-ün korpusu əvvəlki versiya ilə müqayisədə daha qapalı və bütöv görünür. Dizaynda açıq mexaniki elementlər, eləcə də diz və baldır nahiyəsindəki qızılı detallar artıq görünmür. Ayaqların aşağı hissəsi mat qara panellərlə örtülüb. Gövdə ilə budların birləşdiyi hissələrdə isə hərəkətli mexanizmləri gizlədən elastik örtüklər əlavə edilib.

Robotun əllərində də dəyişikliklər nəzərə çarpır. Renderlərdə onlar əvvəlki versiyaya nisbətən daha detallı görünür. Tesla daha əvvəl Optimus-un əllərinin 22 sərbəstlik dərəcəsinə malik olduğunu açıqlamışdı.

Tesla tətbiqi Optimus-un inkişafı ilə bağlı məlumatları ilk dəfə sızdırmır. Yay aylarında tətbiqin kodunda robot üçün rəqəmsal açar, aşağı batareya səviyyəsi və mexaniki nasazlıqlarla bağlı bildirişlər, həmçinin evdə işləyərkən video və məkan məlumatlarının toplanmasına razılıq istənilməsi ilə bağlı funksiyalar aşkarlanmışdı.

İlon Mask martın sonunda Optimus 3-ün artıq yeriyə bildiyini, lakin ictimaiyyətə nümayiş etdirilməzdən əvvəl robot üzərində hələ müəyyən təkmilləşdirmələrin aparılmalı olduğunu bildirmişdi. Daha sonra Mask təqdimatın gecikməsini Tesla-nın robotun dizaynını çox erkən açıqlamaq istəməməsi ilə izah etmişdi.

Tesla Optimus Gen 3-ün rəsmi təqdimat tarixini hələ açıqlamayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,717ФанатыМне нравится
1,005ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -