ДомойТехнологииНоутбукиASUS 27 saat işləyən OLED noutbuk təqdim etdi

ASUS 27 saat işləyən OLED noutbuk təqdim etdi

ASUS yeni Vivobook Pro 14 modelini təqdim edib. Əvvəlki nəsildə Intel prosessorundan istifadə edən şirkət bu dəfə AMD Ryzen AI 9 465 çipinə keçib. Yeni noutbuk güclü prosessorla yanaşı, 120 Hz tezlikli OLED ekran və şirkətin iddiasına görə 27 saata qədər batareya ömrü təklif edir.

Vivobook Pro 14-ün əsasını Zen 5 arxitekturasına əsaslanan 10 nüvəli AMD Ryzen AI 9 465 prosessoru təşkil edir. Çipin maksimal tezliyi 5,0 GHz-ə çatır. Qrafik emal üçün Radeon 880M inteqrasiya olunmuş qrafik prosessoru istifadə edilir. Prosessorda həmçinin süni intellekt tapşırıqları üçün 50 TOPS-a qədər hesablama gücü təklif edən XDNA əsaslı NPU modulu yerləşdirilib.

Noutbukun baza versiyası 16 GB LPDDR5X operativ yaddaş və 512 GB PCIe 4.0 SSD ilə təchiz olunur. Daha güclü versiyada isə 32 GB RAM və 1 TB yaddaş var. Üstəlik, korpusda iki M.2 2280 yuvası yerləşir və SSD yaddaşını ümumilikdə 4 TB-a qədər artırmaq mümkündür.

Vivobook Pro 14 14 düymlük OLED ekran əldə edib. Panelin təsvir ölçüsü 2880 × 1800 piksel, tərəf nisbəti 16:10, yenilənmə tezliyi isə 120 Hz-dir.

ASUS ekranın P3 rəng məkanının 100%-ni əhatə etdiyini bildirir. Cavab müddəti cəmi 0,2 ms, HDR rejimində maksimal parlaqlıq isə 1100 nit təşkil edir. Ekran həmçinin DisplayHDR 1000 sertifikatına malikdir.

Noutbukun qalınlığı 17,9 mm, çəkisi isə təxminən 1,39 kq-dır. Güclü komponentlərin soyudulması üçün 75 mm-lik ventilyator, istilik borusu və mis radiatorlardan ibarət Ice Blade Pro sistemi istifadə olunur. Yüksək məhsuldarlıq rejimində soyutma sistemi prosessorun 80 Vt-a qədər gücdə işləməsinə imkan verir.

ASUS noutbuka 80 Vt·saat tutumlu batareya yerləşdirib. Şirkətin açıqlamasına görə, Vivobook Pro 14 27 saata qədər avtonom işləyə bilər. Bunun hansı istifadə ssenarisində əldə edildiyi isə açıqlanmayıb.

45 Vt gücündə sürətli şarj doldurma funksiyası sayəsində batareyanı cəmi 30 dəqiqəyə 50%-ə qədər doldurmaq mümkündür.

Portlar arasında iki USB-A, iki USB-C (40 Gbit/s-ə qədər məlumat ötürülməsi və şarj doldurma dəstəyi), HDMI 2.1 və 3,5 mm qulaqlıq girişi var.

ASUS Vivobook Pro 14-ün 16 GB RAM və 512 GB SSD ilə təchiz olunmuş versiyası Çində 1 115 dollara satışa çıxarılıb. Noutbukun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı hələlik məlum deyil.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,732ФанатыМне нравится
1,007ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -