ДомойТехнологииМониторыLG dünyanın ilk 1080p təsvir ölçüsündə 1000 Hz yenilənmə tezliyi təqdim edən...

LG dünyanın ilk 1080p təsvir ölçüsündə 1000 Hz yenilənmə tezliyi təqdim edən oyun monitorunun qiymətini açıqladı

LG Electronics dünyanın ilk Full HD təsvir ölçüsündə Native 1000 Hz yenilənmə tezliyi təklif edən oyun monitoru UltraGear 25G590B modelinin satışa çıxacağı tarixi və qiymətini açıqlayıb. May ayında təqdim edilən yenilik, 1000 Hz göstəricisinə çatmaq üçün təsvir ölçüsünü azaltmağa ehtiyac duymayan ilk monitor kimi mövqeləndirilir.

ABŞ-da monitorun tövsiyə olunan satış qiyməti 999 dollar təşkil edir. İstehsalçının rəsmi saytında artıq ön sifarişlər qəbul edilir, ilk tədarüklərin və pərakəndə satışların isə 2026-cı ilin sentyabr ayının əvvəlində başlaması planlaşdırılır.

UltraGear 25G590B 25 düymlük IPS panel, Full HD (1920 × 1080 piksel) təsvir ölçüsü və 1 ms (GtG) cavab müddəti ilə təchiz olunub. Əsas diqqətçəkən xüsusiyyət isə, əlbəttə ki, 1000 Hz yenilənmə tezliyidir. Bu göstərici xüsusilə rəqabətli şuter oyunlarında görüntünün maksimum dərəcədə axıcı olmasını və oyunçuların daha sürətli reaksiya verməsini təmin etməlidir.

 

Şəkildə yaranan bulanıqlığı azaltmaq üçün LG monitoru özünün Motion Blur Reduction Pro texnologiyası ilə təchiz edib. Bundan başqa, model NVIDIA G-SYNC və AMD FreeSync Premium texnologiyaları ilə tam uyğunluq təklif edir.

Bağlantı imkanlarına gəldikdə isə UltraGear 25G590B-də iki HDMI 2.1 portu və bir DisplayPort 2.1 girişi yer alır. Erqonomik stend ekranın hündürlüyünü, əyilmə bucağını və istiqamətini tənzimləməyə imkan verir.

Monitorun arxa hissəsində UltraGear seriyasına məxsus RGB işıqlandırma yerləşdirilib. Bundan əlavə, istifadəçilərin qulaqlığı səliqəli şəkildə saxlaması üçün xüsusi daxili asqı da nəzərdə tutulub.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,733ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -