ДомойТехнологииСмартфоныSamsung Galaxy Z Flip8 təqdim olundu – seriyanın ən nazik və ən...

Samsung Galaxy Z Flip8 təqdim olundu – seriyanın ən nazik və ən yüngül qatlana bilən smartfonu

Samsung Galaxy Unpacked tədbirində yeni Galaxy Z Flip8 smartfonunu təqdim edib. Yeni model cəmi 6,1 mm qalınlığı və 180 qram çəkisi ilə Flip seriyasının indiyədək ən nazik və ən yüngül qatlana bilən smartfonu olub.

Cihazda yeni Flex Titanium texnologiyasından istifadə edilib. Titan konstruksiya sayəsində smartfon həm daha nazik hazırlanıb, həm də möhkəmliyini qoruyub. Yenilənmiş menteşə isə qatlanma prosesini daha rahat edib və ekranın qat izini daha az nəzərə çarpdırır.

Galaxy Z Flip8 4,1 düymlük xarici Super AMOLED və 6,9 düymlük daxili Dynamic AMOLED 2X LTPO ekranlarla təchiz olunub. Hər iki panel 120 Hz yenilənmə tezliyi və 2600 nit pik parlaqlıq təqdim edir. FlexWindow funksiyası sayəsində istifadəçilər telefonu açmadan tətbiqləri işlədə, bildirişlərə baxa, Gemini Intelligence imkanlarından və «Mənim günüm» adlı fərdi tövsiyələr vidcetindən istifadə edə bilərlər.

Smartfonun əsasında 2 nm texnoloji proseslə hazırlanmış 10 nüvəli Exynos 2600 prosessoru çalışır. Cihaz 12 GB RAMvə 256 GB və ya 512 GB daxili yaddaşla təklif olunur.

Arxa kamera sistemi 50 MP əsas və 12 MP ultra genişbucaqlı sensorlardan ibarətdir. Kamera ProVisual, Flex Mode, superstabilləşdirmə və 4K/60 fps video çəkilişini dəstəkləyir. Ön kamera isə 10 MP təsvir ölçüsünə malikdir.

Galaxy Z Flip8 4300 mAh batareya, 25 Vt simli, 15 Vt simsiz və 4,5 Vt tərs simsiz şarj doldurma texnologiyalarını dəstəkləyir. Smartfon həmçinin 5G, Wi-Fi 7, Bluetooth 5.4, NFC, eSIM, USB Type-C, stereo dinamiklər və yan hissədə yerləşən barmaq izi skaneri ilə təchiz olunub. IP48 standartı sayəsində cihaz 1,5 metr dərinlikdə suya davamlıdır. Əməliyyat sistemi isə Android 17 əsaslı One UI 9-dur.

Galaxy Z Flip8 qiymətləri:

  • 12/256 GB — 1199,99 dollar
  • 12/512 GB — 1399,99 dollar

Smartfon ağ, çəhrayı və tünd boz rənglərdə satışa çıxacaq. Samsung-un onlayn mağazasında isə nanə rəngli eksklüziv versiya da təqdim olunacaq. Ön sifarişlər artıq başlayıb, satışlar isə 7 avqustdan start götürəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,748ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -