spot_img
22 апреля, 2026
ДомойSoftwareМобильные приложенияMeta ödənişli WhatsApp Plus abunəsini sınaqdan keçirir

Meta ödənişli WhatsApp Plus abunəsini sınaqdan keçirir

Meta məşhur messenceri WhatsApp üçün yeni — WhatsApp Plus adlı abunə modelini test edir. Bu yenilik istifadəçilərə əsasən vizual və fərdiləşdirmə imkanlarını genişləndirən premium funksiyalar təqdim edəcək.

Abunə əldə edənlər xüsusi effektli premium stikerlərdən istifadə edə, tətbiqin mövzularını (tema) və ikonlarını dəyişə biləcəklər. Yəni WhatsApp ilk dəfə olaraq daha “şəxsi” və fərqli görünüş təklif etməyə başlayır.

Bununla yanaşı, WhatsApp Plus bəzi praktik yeniliklər də gətirir:

  • 20-yə qədər çatı yuxarıda sabitləmək imkanı
  • Müəyyən kontaktlar üçün fərdi zəng melodiyaları
  • Bildirişlər, səslər və dizayn üzrə daha geniş çat siyahısı ayarları

Mənbələrin məlumatına görə, Meta bu abunəyə əlavə funksiyalar da daxil etməyi planlaşdırır. Bu səbəbdən xidmətin yekun qiyməti hələ açıqlanmayıb.

Vacib məqam: messencerin əsas funksiyaları pulsuz qalacaq. İstifadəçilər əvvəlki kimi mesaj göndərə, zəng edə və bunu təhlükəsiz end-to-end encryption texnologiyası ilə həyata keçirə biləcəklər. Sadəcə əlavə rahatlıq və vizual imkanlar üçün ödəniş tələb olunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,780ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -