Apple köhnəlmiş cihazlar siyahısını yeniləyərək ora iki məşhur modeli əlavə edib — iPhone 5 və 8 GB yaddaşa malik iPhone 4.
Bu status o deməkdir ki, həmin smartfonlar artıq rəsmi servis dəstəyi almayacaq. Yəni, Apple və onun səlahiyyətli servis mərkəzləri bu modellər üçün nə təmir xidməti göstərəcək, nə də orijinal ehtiyat hissələri təqdim edəcək.
Xatırladaq ki, iPhone 5 2012-ci ildə təqdim olunmuş və Apple tarixində mühüm yeniliklərlə yadda qalmışdı. Bu model ilk dəfə olaraq Lightning portu ilə təchiz edilmiş, əvvəlki 30-pin konnektorunu əvəz etmişdi. Bundan əlavə, cihaz alüminium korpus və 4 düymlük daha böyük ekran ilə gəlirdi. Modelin istehsalı 2013-cü ildə dayandırılmışdı.
Digər tərəfdən, 8 GB-lıq iPhone 4 versiyası 2011-ci ildə təqdim olunmuş və 2013-cü ildə istehsaldan çıxarılmışdı.






