Analitik şirkət Counterpoint Research dünyada ən azı 200 milyon aktiv cihazı olan elektronika brendlərinin populyarlıq statistikasını dərc edib. Məlum olub ki, istifadəçilər üçün “qiymətinə görə ən yaxşı seçim” anlayışı təkcə Çin istehsalçıları ilə məhdudlaşmır.
Mənbəyə görə, “xalq reytinqi”nin liderləri Apple və Samsung olub. Hər iki şirkət 1 milyard aktiv cihaz həddini keçib. Bu iki texnologiya nəhənginin payı qlobal smartfon bazarında (satılan deyil, aktiv istifadə olunan cihazlar üzrə) ümumi həcmin 44%-ni təşkil edir.
200 milyon aktiv cihaz səddini aşan digər brendlər isə bunlardır:
-
Xiaomi
-
OPPO
-
Vivo
-
Transsion (Infinix, iTel və TECNO)
-
HUAWEI
-
Honor
Motorola, Realme və Google bu göstəriciyə çatmasa da, geniş istifadəçi bazasına malik iri istehsalçılar siyahısına daxil ediliblər.
Counterpoint analitikləri həmçinin qeyd ediblər ki, 2025-ci ildə aktiv mobil cihazların sayı əvvəlki illə müqayisədə 2% artıb. 600 dollardan yuxarı qiymət seqmentində isə liderlik yenə də Apple və Samsung-un əlindədir.





