spot_img
7 октября, 2025
spot_img
ДомойТелекомСобытияNatural Landscape Photography Awards 2025 qalibləri elan edilib

Natural Landscape Photography Awards 2025 qalibləri elan edilib

Beşinci dəfə keçirilən Natural Landscape Photography Awards (Təbiət Landşaftı Foto Mükafatları) yarışmasının qalibləri açıqlanıb. Bu ilki müsabiqəyə dünyanın 1134 fotoqrafından 11 000-dən çox iş təqdim olunub. Onların arasından 130 finalçı seçilib.

“İlin fotoqrafı” adına və 5000 dollar mükafata Tasmaniyadan olan Coy Kaçina (Joy Kachina) layiq görülüb. Onun işləri münsiflər heyətini kompozisiyası və bədii baxış bucağı ilə təsirləndirib.

“İlin fotosu” nominasiyasında qalib isə Marqrit Şvarts (Margriet Schwartz) olub. O, 12 günlük Qrand Kanyon səyahəti zamanı çəkdiyi şəkillə fərqlənib — fotoda qayalıq landşaftı qeyri-adi rakursdan nümayiş etdirilir.

Finalçılar arasında Kanadadan Mett Cəkış (Matt Jackisch) — buzlu mənzərələri ilə, həmçinin Norveçdən Maqnus Reneflot (Magnus Reneflot) — dronla çəkilmiş təsirli kadrları ilə seçiliblər.

Bütün qaliblər və mükafatçılar yarışmanın rəsmi saytında təqdim olunub. Rəqəmsal versiyadan əlavə, klassik formatı sevənlər üçün də seçim var: ən yaxşı işlər toplanmış çap albomu da satışa çıxarılacaq. Onun qiyməti 70 dollar olacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,871ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -