spot_img
1 ноября, 2025
spot_img
ДомойТехнологииСмартфоныApple iPhone 17 seriyası üçün ehtiyat hissələrinin satışına başladı

Apple iPhone 17 seriyası üçün ehtiyat hissələrinin satışına başladı

Apple artıq iPhone 17 seriyasına daxil olan bütün modellər üçün «özün təmir et» proqramı çərçivəsində ehtiyat hissələrinin satışına start verib. Maraqlıdır ki, bu hissələr arasında ən bahalısı iPhone 17 Pro Max ekranı olub.

Satışların başlanması, şirkətin yeni iPhone modelləri üçün hazırladığı rəsmi özün təmir bələdçisinin (Self-Service Repair Manual) anonsundan dərhal sonra baş tutub. İstifadəçilər lazımi hissələri Apple-ın xüsusi onlayn mağazasından – Self-Service Repair Store-dan sifariş edə bilirlər.

Qiymətlər (iPhone 17 baza modeli üçün):

  • Batareya — 99 ABŞ dolları

  • Arxa şüşə — 159 ABŞ dolları

  • Ön kamera — 199 ABŞ dolları

  • Batareyalı korpus — 236 ABŞ dolları

  • Ekran — 329 ABŞ dolları

iPhone 17 Air modeli üçün:

  • Batareya — 119 ABŞ dolları

  • Arxa şüşə — 159 ABŞ dolları

  • Ön kamera — 199 ABŞ dolları

  • Batareyalı korpus — 299 ABŞ dolları

  • Ekran — 329 ABŞ dolları

iPhone 17 Pro və iPhone 17 Pro Max üçün:

  • Batareya — 119 ABŞ dolları

  • Arxa şüşə — 159 ABŞ dolları

  • Ön kamera — 199 ABŞ dolları

  • Batareyalı korpus — 299 ABŞ dolları

  • iPhone 17 Pro ekranı — 329 ABŞ dolları

  • iPhone 17 Pro Max ekranı — 379 ABŞ dolları

Qeyd olunur ki, saytda hətta vintlər də ayrıca satılır, həmçinin bütün modellərdə ön kamera və arxa şüşənin qiymətləri eynidir, fərq yalnız 17 Pro Max ekranında müşahidə olunur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,864ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -