spot_img
10 сентября, 2025
spot_img
ДомойТехнологииГаджетыYeni AirPods Pro 3 danışığı tərcümə edə və ürək döyüntüsünü ölçə bilir

Yeni AirPods Pro 3 danışığı tərcümə edə və ürək döyüntüsünü ölçə bilir

Apple illik təqdimat tədbirinə AirPods Pro 3 qulaqlıqları ilə start verib. Yenilənmiş model iki əsas yenilik əldə edib: ürək döyüntüsü sensoru və süni intellekt əsaslı canlı nitq tərcüməsi funksiyası. Maraqlısı odur ki, qiymət dəyişməyib — əvvəlki kimi 249 dollar təşkil edir.

Ürək döyüntüsü sensoru iPhone-da Apple Fitness tətbiqi ilə birləşərək 50-dən çox məşq növü üzrə statistika aparmağa imkan verir. Həmçinin məşq zamanı yandırılan kalori miqdarını hesablamağa kömək edir. Ödənişli Apple Fitness+ abunəçiləri bu məlumatları real vaxtda izləyə bilirlər: ürək döyüntüsü, yandırılan kalori, aktivlik halqalarının bağlanma göstəriciləri və Burn Bar indikatoru.

Live Translation” funksiyası isə qulaqlıqlara eşitdiyi nitqi tərcümə edib səsli şəkildə oxumağa imkan verir. İstifadəçi danışanda isə tərcümə olunmuş mətn iPhone ekranında göstərilir — əgər qarşı tərəfdə AirPods Pro 3 yoxdursa. Ünsiyyət zamanı aktiv səsboğucu (ANC) işə düşür, danışanın səsi azaldılır və tərcüməni dinləmək rahat olur. Funksiya hələ ki, beta versiyadadır və ilkin olaraq bu dilləri dəstəkləyir:

  • ingilis,

  • alman,

  • fransız,

  • ispan,

  • portuqal,

  • italyan (ilin sonuna qədər),

  • yapon (ilin sonuna qədər),

  • koreya (ilin sonuna qədər),

  • sadələşdirilmiş çin (ilin sonuna qədər).

Apple həmçinin ANC-nin effektivliyini artırıb: Pro 2 ilə müqayisədə 2 dəfə, ilk Pro modeli ilə müqayisədə isə 4 dəfə daha yaxşı nəticə vəd edilir. Bateria ömrü isə ANC aktiv olduqda 8 saat, şəffaflıq rejimində isə 10 saata qədərdir.

Qulaqlıqlar həm də daha komfortlu olub: korpus kiçildilib, işçi hissə qulaqda daha yaxşı oturur. Şirkət bunun üçün 10 000 insanın qulaq quruluşunun skanını aparıb və 100 000 saatlıq istifadəçi təcrübəsini təhlil edib. Müdafiə standartı da IP54-dən IP57-yə yüksəldilib.

AirPods Pro 3 artıq qlobal bazarda əvvəlcədən sifarişə açılıb. Satışlar 19 sentyabr tarixində başlayacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,886ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -