Motorola şirkəti özünün yeni nəsil, ultra-nazik smartfonu X70 Air modelini rəsmi olaraq anons edib, cihazın ilk tizerini göstərib və təqdimat tarixini də açıqlayıb.
Yayımlanan görüntülərdə smartfonun nane-yaşıl rəngdə və mis rəngli kamera halqaları ilə dizayn olunduğu görünür. Modelin adındakı “Air” sözü onun çox yüngül və incə olacağına işarə edir — bu yaxınlarda təqdim edilən iPhone Air kimi. Digər tərəfdən, “AI” süni intellekt funksiyalarına dəstəyin olacağını göstərir.
Yeni Motorola X70 Air artıq oktyabrın sonunda rəsmi olaraq satışa çıxacaq.