spot_img
5 сентября, 2025
spot_img
ДомойТехнологииГаджетыYeni Garmin Fenix 8 Pro: idman və peyk dəstəyi bir yerdə

Yeni Garmin Fenix 8 Pro: idman və peyk dəstəyi bir yerdə

Garmin yeni flaqman ağıllı saatlarını — Fenix 8 Pro modellərini təqdim edib. Yeniliklər LTE və peyk rabitəsini dəstəkləyir, möhkəm korpusa sahibdir və xüsusi micro-LED ekranlı versiyada da təklif olunur.

LTE və peyk dəstəyi sayəsində istifadəçilər zəng edə, təcili siqnallar göndərə və Garmin inReach texnologiyası vasitəsilə koordinat paylaşa bilərlər. LTE üzərindən LiveTrack funksiyası da işləyir və real vaxtda mövqeyin ötürülməsinə imkan yaradır.

Saatlar iki variantda satışa çıxır:

  • OLED ekranlı modellər — 47 mm (8 günədək avtonomiya) və 51 mm (15 günədək avtonomiya), maksimal parlaqlıq 3000 nit.

  • Micro-LED ekranlı versiya — yalnız 51 mm ölçüdə, parlaqlıq 4500 nitə qədər, AoD aktiv olduqda 4 günədək iş vaxtı.

Əsas funksiyalar sırasına sağlamlıq monitorinqi və müxtəlif idman rejimləri daxildir — o cümlədən gəzinti və xizək sürmə.

Qiymətlər ABŞ bazarında belə müəyyən olunub:

  • Fenix 8 Pro OLED — 1199 dollar(47 mm) və 1299 dollar(51 mm),

  • Fenix 8 Pro micro-LED — 1999 dollar.

Qeyd edək ki, inReach funksiyasından istifadə etmək üçün ayrıca aylıq abunə tələb olunur, qiymətlər 7,99 dollardan başlayır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,890ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
715ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -